Milli Qəhrəman adına layiq görülən şəhid gizir Pəncəli Teymurovun qardaşı görün nələri DANIŞDI… KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aprel döyüşləri şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
KONKRET.az-la təəssüratlarını bölüşən şəhidin qardaşı Famil Teymurov ailəsi adından ölkə Prezidentinə təşəkkür edib.
“Sevincimizin həddi-hüdudu yoxdur. 9 il idi biz bu sevindirici xəbəri gözləyirdik. Allah cənab Prezidentə can sağlığı versin, onu xalqımızın başının üzərindən əskik etməsin. 2016-cı ildən bəri ilk sevinc günümüzdür”, – deyə şəhidin qardaşı bildirib.
Qeyd edək ki, əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. O, 2016-cı ilin 3 aprelində Aprel döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Pəncəli Teymurov “İgidliyə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Qüsursuz xidmətə görə” II və III dərəcəli medallarla təltif edilib.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 10 Noyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















