Milli Qurtuluş Gününə həsr olunmuş möhtəşəm bayram konserti
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Rayon İcra Hakimiyyəti və “ARB Media Group”un birgə təşkilatçılığı ilə Xudat şəhərindəki Heydər Əliyev adına parkda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşun mübarək, Azərbaycan!” adlı konsert proqramı təşkil olunub.
Modern.az xəbər verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Mahir Süleymanlı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və minlərlə rayon sakini iştirak edib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin xilasındakı tarixi rolu, Prezident İlham Əliyevin uğurlu siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti, eləcə də Vətən müharibəsində qazanılan tarixi Zəfər xüsusi vurğulanıb.
Konsert proqramında respublikamızın tanınmış incəsənət ustalarının ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, rəqs nömrələri nümayiş etdirilib.
Yüksək bayram əhvali-ruhiyyəsində keçən tədbir Xudat səmasını bəzəyən möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 İyun 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















