Icma.az
close
up
RU
Milli Qurtuluş və demokratik idarəçiliyin qurulması

Milli Qurtuluş və demokratik idarəçiliyin qurulması

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1993-cü ilin iyun ayında Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan mühüm bir dönüş nöqtəsi baş verdi – xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdı. Bu qayıdış, təkcə bir siyasi liderin yenidən səhnəyə çıxması deyildi; bu, eyni zamanda Azərbaycan dövlətinin dağılmaq təhlükəsindən xilas edilməsi, milli birliyin bərpası və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan həlledici addım idi. Həmin dövrdə ölkə anarxiya, vətəndaş qarşıdurması, iqtisadi tənəzzül və xarici təhlükələrlə üz-üzə idi. Xalqın ümidsiz vəziyyətdə yeganə çıxış yolu kimi gördüyü lider – Heydər Əliyev, böyük siyasi təcrübəsi və yüksək idarəetmə bacarığı ilə bu böhrandan xilas yolunu müəyyənləşdirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində “Milli Qurtuluş” anlayışının yaranmasına səbəb oldu. O, ilk olaraq daxildə sabitlik yaratmaq üçün qətiyyətli addımlar atdı. Silahlı qarşıdurmaların qarşısı alındı, dövlət orqanları yenidən təşkil olundu, hüquq-mühafizə sistemi gücləndirildi. Bu proseslər nəticəsində ölkədə ictimai asayiş bərpa edildi və vətəndaşlar arasında inam formalaşdı. Onun rəhbərliyi ilə iqtisadi islahatlar başlandı, beynəlxalq əlaqələr quruldu, ölkəyə sərmayələr cəlb edildi və neft strategiyası formalaşdırıldı. Heydər Əliyev böhranlı və qeyri-sabit bir mühitdə Azərbaycanın gələcəyini düşünərək strateji qərarlar verdi. Xalqla birbaşa təmasda olması, regionlara səfərləri, problemləri yerində öyrənməsi və həll yolları təklif etməsi onun liderliyinin fərqli və təsirli cəhətlərindən biri idi. Məhz bu yanaşma nəticəsində insanlar arasında ümummilli həmrəylik və liderə güvən hissi yarandı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin iqtisadi müstəqilliyinin təmin olunmasında əsas addımlardan biri oldu və neft strategiyası Azərbaycanın gələcək inkişafını təmin edən əsas sütunlardan birinə çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqilliyini qoruyub saxlaya bildi və bu müstəqilliyi davamlı inkişaf yoluna çıxardı. Dövlətin xarici siyasəti də dəyişdi və balanslaşdırılmış beynəlxalq münasibətlər strategiyası quruldu. Ənənəvi müttəfiqlərlə yanaşı, Qərb dövlətləri ilə də münasibətlər inkişaf etdirildi. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdı, BMT, ATƏT və digər təşkilatlarda mövqeləri gücləndi. Xarici siyasətdə praqmatik yanaşmalar sayəsində Azərbaycan geosiyasi müstəvidə öz yerini daha da möhkəmləndirdi. Onun qayıdışı ilə yalnız böhrandan çıxış təmin olunmadı, eyni zamanda ölkənin gələcək inkişaf xəritəsi də cızıldı. Heydər Əliyev ölkənin bütün sahələrində inkişafın əsasını qoydu – təhsildən səhiyyəyə, kənd təsərrüfatından sənayeyə qədər hər sahədə modernləşmə və strukturlaşdırma siyasəti həyata keçirildi. O, gənclərin inkişafına, elmin tərəqqisinə və milli-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət yetirdi. Bu strategiya Azərbaycanın gələcək liderlərinin formalaşmasında mühüm rol oynadı və milli kadr potensialının yaradılmasına imkan verdi.

Milli Qurtuluş Günü təkcə tarixi bir hadisənin xatırlanması deyil, həm də xalqın öz xilaskar liderinə etimadının, dövlətə inamının və gələcəyə olan ümidinin rəmzidir. Bu günün mahiyyəti ondan ibarətdir ki, Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycan öz dövlətçiliyini qoruyub saxlaya və inkişaf etdirə bildi. Onun hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixində yeni bir mərhələ – sabitlik, inkişaf və tərəqqi dövrü başlandı. Məhz həmin tarixdən sonra ölkədə davamlı iqtisadi artım, sosial sabitlik və siyasi yetkinlik dövrü başlandı. Bu, müasir Azərbaycanın əsasının qoyulması demək idi. Heydər Əliyevin xilaskarlıq missiyası, əslində, xalqın öz taleyinə sahib çıxması üçün bir çağırış idi və bu çağırışa verilən cavab – birlik və əzm, bu günümüzü formalaşdıran əsas amillərdəndir. Onun dövlətçilik fəlsəfəsi yalnız bir dövrə deyil, həm də gələcək nəsillərin inkişaf strategiyasına çevrildi. Bu baxımdan, Heydər Əliyevin hakimiyyətə dönüşü sadəcə siyasi hadisə deyil, milli şüurun oyanışı və vətəndaş məsuliyyətinin yüksəlməsi ilə nəticələnən əsl tarixi çevrilişdir. O, xalqla dövlət arasında güclü körpü yaratdı və millətin etimadını qazandı. Heydər Əliyevin idarəetmə tərzi, milli maraqları hər şeydən üstün tutması və prinsipial mövqeyi onun lider obrazını daha da möhkəmləndirdi. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının yenidən ayağa qalxdığı, öz gücünə və liderinə inandığı gün olaraq tarixə yazıldı. Bu günün xatırlanması, gələcək nəsillərə vətənə bağlılıq, dövlətə sədaqət və xalq iradəsinin gücünü aşılamaq baxımından əvəzsiz əhəmiyyətə malikdir. Ulu Öndərin siyasi irsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir Azərbaycan onun qoyduğu təməl üzərində yüksəlməyə davam edir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri