Icma.az
close
up
RU
Milli qurtuluş ideologiyasının təntənəsi

Milli qurtuluş ideologiyasının təntənəsi

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın memarı və milli dövlətçilik ideologiyasının banisi kimi tarixə həkk olunmuş dahi siyasi xadimdir. Onun uzaqgörən siyasəti, prinsipiallığı və xalqına bağlılığı nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxlamış, güclü və sabit dövlətə çevrilmişdir. Ulu Öndərin zəngin siyasi irsi bu gün də milli inkişaf strategiyasının təməlini təşkil edir və dövlət idarəçiliyində aparıcı istiqamət olaraq qalır. 1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb geosiyasi və daxili çətinliklər fonunda ağır sınaqlarla üz-üzə qaldı. 1991-ci ildə müstəqillik bəyannaməsi qəbul edilsə də, mərkəzi hakimiyyət zəif idi, bölgələrdə separatçılıq və özbaşınalıq meyilləri hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin Qarabağ və ətraf rayonlarında qanlı döyüşlər gedirdi. İqtidarda olan qüvvələrin milli maraqlara uyğun qərarlar qəbul edə bilməməsi fonunda hakimiyyət uğrunda mübarizə ölkəni vətəndaş qarşıdurmasına sürükləyirdi. Məhz belə bir ağır və taleyüklü məqamda xalqın təkidli tələbi ilə Naxçıvanda siyasi fəaliyyətini davam etdirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya dəvət olundu. İyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, bu əlamətdar hadisə ölkəmizin dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Məhz həmin gündən etibarən ölkəmiz parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edilərək sabitlik və inkişaf yoluna qədəm qoydu. Milli Qurtuluş Günü kimi tarixə düşən 15 iyun dövlətçiliyimizin xilasını və milli birliyin bərpasını simvolizə edir. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra atılan ilk mühüm addım ölkədə siyasi böhranın aradan qaldırılması və dövlət institutlarının fəaliyyətinin təmin edilməsi oldu. Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə insan həlak olmuş, bir milyondan artıq insan doğma yurd-yuvasını tərk etmişdi. Ön cəbhədə nizami ordu yox dərəcəsində idi, bu səbəbdən atəşkəsin əldə olunması həyati əhəmiyyət daşıyırdı. 1994-cü il mayın 12-də Ermənistanla əldə olunan atəşkəs razılaşması döyüş əməliyyatlarını dayandırmaqla yanaşı, ölkənin hərbi-siyasi vəziyyətində ciddi dönüş yaratdı. İnsan tələfatının qarşısı alındı, dövlət idarəçiliyinin sistemli əsaslar üzərində qurulması və uzunmüddətli inkişaf strategiyalarının hazırlanması üçün zəruri şərait formalaşdı. Eyni zamanda, ordu quruculuğu, iqtisadi sabitlik və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində möhkəm təməl qoyuldu. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasında və dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu saziş müstəqil enerji siyasətinin əsasını qoyaraq ölkəmizin beynəlxalq enerji xəritəsində mühüm yer tutmasına imkan verdi. Dünyanın transmilli neft şirkətləri ilə imzalanmış müqavilə Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının qlobal bazarlara çıxarılmasını təmin etdi, milyardlarla dollarlıq xarici sərmayənin cəlbinə, neft-qaz sektorunda minlərlə iş yerinin açılmasına, infrastrukturun yenilənməsinə və müasir texnologiyaların tətbiqinə geniş şərait yaratdı. “Əsrin müqaviləsi”, həmçinin enerji gəlirlərinin səmərəli və şəffaf idarə olunması məqsədilə Dövlət Neft Fondunun təsis edilməsinə zəmin yaratdı. Fondun fəaliyyəti nəticəsində sosial layihələrin maliyyələşdirilməsi, təhsil və səhiyyə sahələrinin gücləndirilməsi, infrastrukturun inkişafı və regionların dirçəldilməsi istiqamətində genişmiqyaslı proqramlar həyata keçirildi. Eyni zamanda, bu müqavilə Azərbaycanın enerji diplomatiyasının əsas dayağına çevrildi. Bunun əsasında reallaşan Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri və Cənub Qaz Dəhlizi kimi strateji layihələr ölkəmizi Avropa üçün etibarlı enerji tərəfdaşına çevirdi. “Əsrin müqaviləsi” yalnız iqtisadi inkişafın deyil, həm də siyasi müstəqilliyin və geosiyasi mövqeyin möhkəmləndirilməsi baxımından mühüm önəm daşıyır. Ulu Öndər Heydər Əliyev üçün ordu quruculuğu müstəqil dövlətçiliyin qorunması baxımından strateji əhəmiyyət daşıyırdı. Ümummilli Lider silahlı qüvvələrin möhkəmləndirilməsi, orduya vahid komandanlığın yaradılması və hərbi idarəetmənin mərkəzləşdirilməsini prioritet istiqamət kimi müəyyənləşdirdi. Müdafiə Nazirliyinin strukturu yenidən təşkil olundu, nizami ordu sisteminə keçid sürətləndirildi, hərbi hissələrin təchizatı yaxşılaşdırıldı və döyüş hazırlığının artırılması üçün ardıcıl tədbirlər görülməyə başlandı. Bu dövrdən etibarən müdafiə sənayesinin formalaşdırılması istiqamətində ilk addımlar atıldı, hərbi kadrların hazırlanması məqsədilə ixtisaslaşmış təhsil müəssisələrinin fəaliyyəti bərpa edildi və hərbi təlim-tədris sistemi gücləndirildi. Eyni zamanda, gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasına xüsusi önəm verildi. Ordunun döyüş qabiliyyəti yüksəldi, hərbi nizam-intizam bərqərar oldu və silahlı qüvvələr tədricən dövlətin əsas dayaqlarından birinə çevrildi. Ordu quruculuğuna sistemli yanaşma Azərbaycanın hərbi-siyasi sabitliyinin təmin olunmasında mühüm rol oynadı. Müasir silah və texnika ilə təmin olunan, nizam-intizam və yüksək mənəvi-psixoloji hazırlığa malik ordu formalaşdırıldı. Hərbi məktəblər yenidən quruldu, NATO ilə əməkdaşlıqlar başlandı və Azərbaycanın müdafiə qabiliyyəti sürətlə artırıldı. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlətin bünövrəsini qoydu. Konstitusiya insan hüquq və azadlıqlarını təmin edən, dövlət hakimiyyətinin bölünməsi prinsipini əsas götürən mütərəqqi bir sənəd kimi tarixə düşdü. Əsas Qanun, həmçinin dövlət rəmzlərini, dövlət dilini, vətəndaşlıq anlayışını, siyasi, iqtisadi və sosial prinsipləri müəyyənləşdirdi. Yeni Konstitusiya ilə qanunverici, icraedici və məhkəmə hakimiyyətləri arasında balanslı münasibət sistemi formalaşdırıldı. Bu, Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsasını təşkil etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə suveren və etibarlı tərəfdaş imicini gücləndirdi. Qonşu dövlətlərlə münasibətlərdə qarşılıqlı hörmət, qeyri-müdaxilə və əməkdaşlıq prinsipləri əsas götürüldü. Türkiyə, Rusiya, İran, Gürcüstan və digər region ölkələri ilə siyasi, iqtisadi və mədəni münasibətlər quruldu. Eyni zamanda, Azərbaycan dünyanın aparıcı ölkələri, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq etməyə başladı. Ölkəmizin xarici siyasəti enerji diplomatiyası, təhlükəsizlik, münaqişələrin həlli və regional sabitlik məqsədləri ilə paralel şəkildə inkişaf etdirildi. Heydər Əliyev dövründə həyata keçirilən sosial islahatlar ölkədə insan kapitalının qorunmasına, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə və sosial ədalətin təmin olunmasına xidmət etdi. Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı sistemli şəkildə təşkil olundu, onlara müvəqqəti mənzillər və yardımlar təqdim edildi. Minimum əmək haqqı və pensiyalar artırıldı, sosial müdafiə sahəsində qanunvericilik təkmilləşdirildi. Sosial müdafiə sahəsində həyata keçirilən tədbirlər genişmiqyaslı dövlət proqramları ilə müşayiət olundu. Təhsil sahəsində aparılan islahatlar beynəlxalq standartlara inteqrasiya, keyfiyyətin yüksəldilməsi və gənclərin bilik və bacarıqlarının artırılmasına yönəlmişdi. Yeni məktəblər tikildi, ali təhsil müəssisələri müasirləşdirildi, xaricdə təhsil imkanları yaradıldı. Azərbaycan gəncliyi milli ruhda tərbiyə olunmağa, dövlətçiliyə sədaqət ruhunda formalaşmağa başladı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə səhiyyə sahəsində aparılan sistemli islahatlar ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və əhalinin sağlamlığının qorunmasına yönəldi. Struktur dəyişiklikləri çərçivəsində bir sıra mühüm qərarlar qəbul olundu, səhiyyə idarəçiliyi təkmilləşdirildi, paytaxtla yanaşı, regionlarda da müasir tibbi infrastruktur yaradıldı. Rayon mərkəzi xəstəxanaları yenidən quruldu, diaqnostik mərkəzlər və təcili tibbi yardım stansiyaları istifadəyə verildi. Tibbi avadanlıqların yenilənməsi və kadr hazırlığının gücləndirilməsi nəticəsində region əhalisinin keyfiyyətli tibbi xidmətlərə çıxışı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Əhalinin sosial həssas təbəqələri üçün pulsuz tibbi müayinələrin təşkili də bu dövrün mühüm yeniliklərindən biri oldu. Müstəqil dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi gənclərlə bağlı siyasət prioritet sahəyə çevrildi. Gənclər cəmiyyətin avanqardı kimi dəyərləndirildi, onların intellektual potensialının reallaşdırılması üçün sistemli addımlar atıldı. Gənc nəslin milli dəyərlər əsasında formalaşdırılması, onların dövlətçilik prosesində fəal iştirakının təmin edilməsi məqsədilə ardıcıl və məqsədyönlü siyasət həyata keçirildi. Eyni zamanda, ölkədə idman infrastrukturunun müasirləşdirilməsinə böyük önəm verildi. Yeni olimpiya idman kompleksləri tikildi, mövcud idman obyektləri əsaslı şəkildə təmir olundu, gənclərin idmana cəlb olunması təşviq edildi. Bu sahəyə yönəldilən investisiyalar nəticəsində ölkəmiz beynəlxalq idman tədbirlərinin fəal iştirakçısına və ev sahibinə çevrildi. Müxtəlif illərdə keçirilən Avropa, dünya və olimpiya yarışlarında ölkə idmançılarının qazandığı uğurlar Azərbaycanı idman ölkəsi kimi tanıtdı və gənclər arasında sağlam həyat tərzinin təşviqinə güclü təkan verdi. Ulu Öndərin həyata keçirdiyi siyasi, iqtisadi və hərbi strategiya Azərbaycanın gələcək Qələbəsinə – torpaqlarımızın işğaldan azad edilməsinə gedən yolun başlanğıcı oldu. Müstəqil, sabit və güclü dövlət modeli formalaşdı. Xalqla iqtidar arasında möhkəm həmrəylik, milli birliyin qorunması və strateji yanaşma nəticəsində Zəfər reallığa çevrildi. Bütün bu amillər müasir dövlətçiliyin dayanıqlı əsaslar üzərində qurulmasına, xarici təsirlərə qarşı davamlı və milli maraqlara söykənən siyasi kursun təşəkkül tapmasına şərait yaratdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, güclü diplomatiya və ordu quruculuğu nəticəsində ölkənin qüdrəti daha da artdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını düşmən işğalından azad etdi. 2023-cü ilin sentyabrında isə şanlı ordumuzun keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam təmin olundu. Bu tarixi qələbələr 15 İyun – Milli Qurtuluş Günü ilə başlanan xilaskarlıq missiyasının nəticəsidir.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see392

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see372

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see346

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see342

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see337

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see332

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see329

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see327

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see304

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see301

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see282

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see278

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see275

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see272

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see258

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see244

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see242

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see233

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see224

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

12 Sentyabr 2026 18:35see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri