Icma.az
close
up
RU
Milli Qurtuluş və inkişaf yolu ŞƏRH

Milli Qurtuluş və inkişaf yolu ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan 1991 -ci il 18 oktyabrda dövlət müstəqilliyini yenidən bərpa etdi. Bununla da Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək milli azadlığına, dövlət müstəqilliyinə tam mənada nail oldu. Amma müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu sonrakı hadisələr bir daha təsdiqlədi. Çünki müstəqilliyimizin ilk illərində hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan xalqı daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən, xaosdan, anarxiyadan, Ermənistanın işğalçılıq siyasətindən, nəhayət, səriştəsiz, dövlət idarəçiliyindən xəbərsiz iqtidarın özbaşınalığından sabaha ümidlərini itirmişdir. Dövlətlə xalq arasında uçurum yaranmışdı. Bu hallar ölkədə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyini itirmək təhlükəsinin yaranmasına gətirib çıxarırdı. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda yaşanan acınacaqlı mənzərə hər kəsə məlumdur. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq, parçalanma meyllərinin baş qaldırması və sair kimi hallar ölkənin daxilində qardaş qırğınına, vətəndaş müharibəsinə zəmin yaradaraq Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbilə Azərbaycan rəhbərliyinə qayıdandan sonra ölkədə baş verən proseslərin və həyata keçirilən islahatların bütün istiqamətlərinin əsas təşkilatçısı oldu. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan xilas etdi. Həmin gün böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Bu sessiyada Ulu Öndər Heydər Əliyev səs çoxluğu ilə Ali Sovetin Sədri seçildi.

15 İyun – Milli Qurtuluş Günü ölkənin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və siyasi sabitliyin bərpası baxımından xüsusi yer tutur. Hər il qeyd olunan bu bayram Azərbaycan dövlətinin inkişaf yolunda mühüm dönüş nöqtəsini əks etdirir. Milli Qurtuluş Günü ölkədə siyasi sabitliyin bərpasının başlanğıcı oldu. Həmin ilin 3 oktyabr tarixində keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət quruculuğu prosesi sürətləndirildi və Azərbaycanın beynəlxalq mövqeyi gücləndirildi.Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxdı, sabitlik yarandı və inkişaf dövrü başlandı. Ümummilli Liderin hakimiyyəti dövründə əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların nəticəsində mümkün oldu. Dövlətçiliyin əsasları yaradıldı. Azərbaycan xalqı sözün əsl mənasında təbii sərvətlərinin sahibinə çevrildi.

1994-cü ildə Ümummilli Liderin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı və Azərbaycanın hərtərəfli inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. “Əsrin müqaviləsi” Ulu Öndərin neft sənayesi strategiyasında qazandığı uğurların başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların qazanılmasında müstəsna rol oynadı. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı, Azərbaycan dünya birliyinin fəal üzvü kimi yeri və rolunu möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı, həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb.

1993-cü ildən sonra ordu quruculuğuna xüsusi önəm verildi. Hərbi büdcə ildən-ilə artırıldı. Müasir qoşun növləri yaradıldı. Azərbaycan xaricdən ən modern silah-sursatların alınması üçün istehsalçı şirkətlərlə müqavilələr bağladı. Bu hazırlıq, islahatlar bizi qələbəyə hər gün daha da yaxınlaşdırırdı. Ümummilli Lider möhtəşəm Qayıdışı ilə Azərbaycanı həm məhv olmaq təhlükəsindən xilas etdi, həm də ölkəmizin ərazilərini işğal edən bir təcavüzkar dövlətə cavab zərbəsi hazırladı. 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 15 iyun rəsmi dövlət bayramı elan edilmişdir.

15 iyun 1993-cü ildən – Milli Qurtuluş Günündən başlanan müstəqilliyin inkişaf etdirilməsi, uğurlu dövlət quruculuğu, sabit vətəndaş cəmiyyətinin yaradılması bu gün də qətiyyətlə davam etdirilir. Ulu Öndərin layiqli davamçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əsaslı tədbirlər görülür. Bu inkişaf xəttinin zirvəsi isə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfər olmuşdur. Beləliklə, Qurtuluşdan başlanan yol güclü dövlətə, güclü orduya və nəhayət, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə aparan uğurlu inkişaf yoluna çevrilmişdir.

Azad edilmiş torpaqlarda aparılan quruculuq işləri yalnız binaların və yolların tikintisi ilə məhdudlaşmır. Bu proses həm də tarixi-mədəni irsin bərpasını, iqtisadi potensialın yenidən canlandırılmasını və bölgədə dayanıqlı inkişafın təmin olunmasını əhatə edir. Beləliklə, bu ərazilər müasir Azərbaycanın inkişafının və yenilənməsinin mühüm mərkəzlərindən birinə çevrilməkdədir. Hazırda işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilməsi, buradan mühüm mesajların çatdırılması qürurvericidir.

Ölkəmizdə həyata keçirilən böyük iqtisadi layihələr, iqtisadi islahatlar, uğurlu xarici siyasət, diplomatik əlaqələr Azərbaycanı daha da güclü edəcəkdir və dünyada artan nüfuzunu möhkəmləndirəcəkdir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası

Kürdəmir rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 İyun 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri