Icma.az
close
up
RU
Milli qürurumuzun rəmzi

Milli qürurumuzun rəmzi

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nizami Hüseynov,

YAP Qazax rayon təşkilatının fəalı

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında misilsiz xidmətləri olub. Ulu Öndərin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.

Ümummilli Liderimiz çoxlarının mahiyyətinə varmadığı, bəzən isə heç düşünmək istəmədikləri məsələləri duyur, düşünür, sonra isə onun məğzini şərh edirdi. Məqsədi qoyulan, müzakirə olunan məsələlər barədə maarifçilik mövqeyi tutmaq idi. Həm də müzakirə olunan məsələlər barədə söz, fikir söyləyənləri məsuliyyətli olmağa cəlb etmək  idi. Ulu Öndər hətta Sovetlər İttifaqı dövründə əldə etdiyimiz nailiyyətlər sırasında bayrağımızın, gerbimizin, himnimizin olduğunu ən böyük bəhrə hesab edirdi: “Biz Sovetlər İttifaqının tərkibində müstəqil dövlət olmasaq da, onun tərkibində respublika idik, dövlət idik, özümüzün himnimiz, gerbimiz, bayrağımız var idi. Doğrudur, bunlar hamısı ümumittifaq tərkibində idi, amma hamısı var idi. Bax, belə olan vaxtda da biz dilimizi dövlət dili etmək üçün nə qədər çətinliklər çəkdik, nə qədər əzab - əziyyətə düşdük”.

 Ümumiyyətlə, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə       Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu, milli dilimizin qorunması və təbliği istiqamətində müstəsna tədbirlər gördü.  Ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib.

 Ulu Öndər Heydər Əliyevin ana dilmizə diqqət və qayğısı müstəqil Azərbaycana rəhbərlik etdiyi bütün illərdə  davam etdi. Dilimizin hüquqi statusda möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli islahatlar və qanunvericilklə tənzimlənən ciddi addımlar atıldı. Bu il qəbul edilməsinin 30-cu ildönümünü qeyd edəcəyimiz Azərbaycan Respublikasının Konstitusiyasında dahi şəxsiyyətin bilavasitə rəhbərliyi altında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu, təkcə dilimizin hüquqi statusunun möhkəmləndirilməsi deyildi, eyni zamanda onun bütün dövlət qurumlarında, təhsil müəssisələrində, elmi və mədəni sferada üstün yer tutmasını təmin edən bir tarixi hadisə idi.

Ulu Öndər Heydər Əliyev dilimizin dövlət idarəçiliyində, qanunvericilik sistemində və bütün rəsmi sənədlərdə istifadə olunmasını daimi diqqətdə saxlamışdır. Onun rəhbərliyi altında 2001-ci ildə "Dövlət Dilinin Tətbiqi İşinin Təkmilləşdirilməsi Haqqında" Fərman imzalanmış və bu fərman dilin işləkliyinin artırılmasını təmin edən mühüm addımlardan biri olmuşdur. 2001-ci il avqustun 9-da imzalanan fərmanla Azərbaycan dili üçün latın qrafikası rəsmən tətbiq edilmişdir. Bu qərar Azərbaycan dilinin dünya miqyasında daha da tanınmasına və müasir informasiya texnologiyaları ilə inteqrasiyasına geniş imkanlar yaratmışdır.

Dahi Şəxsiyyətin  dil siyasəti təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da Azərbaycan dilinin mövqeyini gücləndirməyə yönəlmişdi. O, xarici ölkələrdə yaşayan azərbaycanlıların öz ana dillərini unutmamaları üçün müxtəlif təşəbbüslərlə çıxış etmiş, diaspor təşkilatlarının Azərbaycan dilində fəaliyyət göstərməsini dəstəkləmişdir. Bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan dili tədris olunur, universitetlərdə Azərbaycan dili və mədəniyyəti ilə bağlı elmi araşdırmalar aparılır ki, bu da məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Ümummilli Liderimiz Heydər Əliyev irsini ən ali səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli-mənəvi dəyərlərin qorunması və inkişafına xüsusi diqqət yetirən dövlət başçısı kimi ana dilimizin inkişafına böyük töhfələr vermişdir. Onun rəhbərliyi altında Azərbaycan dili dövlət dili kimi daha da möhkəmlənmiş, onun qorunması və zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Bəli, bu gün Ümummilli Liderimiz Heydər Əliyevin dil siyasətinin bəhrələrini hər yerdə görürük: Azərbaycan dili dövlətimizin bütün sahələrində istifadə olunur, beynəlxalq səviyyədə tanınır və müasir dövrün tələblərinə uyğun olaraq inkişaf edir. O, dilimizin milli kimliyimizin təməl daşı olduğunu vurğulayaraq demişdir: “Dilimiz bizim milli sərvətimizdir, mənəvi varlığımızın təzahürüdür və onu qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur.”

Hər kəs  qəti əmindir ki,  Ulu Öndər Heydər Əliyevin ana dilimizlə bağlı müəyyən etdiyi  strateji yol xəritəsi ilə Azərbaycan dili daim inkişaf edəcək və gələcək nəsillər üçün də milli qürurumuzun rəmzi olaraq qalacaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Aprel 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri