Icma.az
close
up
RU
Milli qürurumuzun rəmzi ŞƏRH

Milli qürurumuzun rəmzi ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında misilsiz xidmətləri olub. Ulu Öndərin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.

Ümummilli Liderimiz çoxlarının mahiyyətinə varmadığı, bəzən isə heç düşünmək istəmədikləri məsələləri duyur, düşünür, sonra isə onun məğzini şərh edirdi. Məqsədi qoyulan, müzakirə olunan məsələlər barədə maarifçilik mövqeyi tutmaq idi. Həm də müzakirə olunan məsələlər barədə söz, fikir söyləyənləri məsuliyyətli olmağa cəlb etmək idi. Ulu Öndər hətta Sovetlər İttifaqı dövründə əldə etdiyimiz nailiyyətlər sırasında bayrağımızın, gerbimizin, himnimizin olduğunu ən böyük bəhrə hesab edirdi: “Biz Sovetlər İttifaqının tərkibində müstəqil dövlət olmasaq da, onun tərkibində respublika idik, dövlət idik, özümüzün himnimiz, gerbimiz, bayrağımız var idi. Doğrudur, bunlar hamısı ümumittifaq tərkibində idi, amma hamısı var idi. Bax, belə olan vaxtda da biz dilimizi dövlət dili etmək üçün nə qədər çətinliklər çəkdik, nə qədər əzab - əziyyətə düşdük”.

Ümumiyyətlə, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu, milli dilimizin qorunması və təbliği istiqamətində müstəsna tədbirlər gördü. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib.

Ulu Öndər Heydər Əliyevin ana dilmizə diqqət və qayğısı müstəqil Azərbaycana rəhbərlik etdiyi bütün illərdə davam etdi. Dilimizin hüquqi statusda möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli islahatlar və qanunvericilklə tənzimlənən ciddi addımlar atıldı. Bu il qəbul edilməsinin 30-cu ildönümünü qeyd edəcəyimiz Azərbaycan Respublikasının Konstitusiyasında dahi şəxsiyyətin bilavasitə rəhbərliyi altında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu, təkcə dilimizin hüquqi statusunun möhkəmləndirilməsi deyildi, eyni zamanda onun bütün dövlət qurumlarında, təhsil müəssisələrində, elmi və mədəni sferada üstün yer tutmasını təmin edən bir tarixi hadisə idi.

Ulu Öndər Heydər Əliyev dilimizin dövlət idarəçiliyində, qanunvericilik sistemində və bütün rəsmi sənədlərdə istifadə olunmasını daimi diqqətdə saxlamışdır. Onun rəhbərliyi altında 2001-ci ildə "Dövlət Dilinin Tətbiqi İşinin Təkmilləşdirilməsi Haqqında" Fərman imzalanmış və bu fərman dilin işləkliyinin artırılmasını təmin edən mühüm addımlardan biri olmuşdur. 2001-ci il avqustun 9-da imzalanan fərmanla Azərbaycan dili üçün latın qrafikası rəsmən tətbiq edilmişdir. Bu qərar Azərbaycan dilinin dünya miqyasında daha da tanınmasına və müasir informasiya texnologiyaları ilə inteqrasiyasına geniş imkanlar yaratmışdır.

Dahi Şəxsiyyətin dil siyasəti təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da Azərbaycan dilinin mövqeyini gücləndirməyə yönəlmişdi. O, xarici ölkələrdə yaşayan azərbaycanlıların öz ana dillərini unutmamaları üçün müxtəlif təşəbbüslərlə çıxış etmiş, diaspor təşkilatlarının Azərbaycan dilində fəaliyyət göstərməsini dəstəkləmişdir. Bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan dili tədris olunur, universitetlərdə Azərbaycan dili və mədəniyyəti ilə bağlı elmi araşdırmalar aparılır ki, bu da məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Ümummilli Liderimiz Heydər Əliyev irsini ən ali səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli-mənəvi dəyərlərin qorunması və inkişafına xüsusi diqqət yetirən dövlət başçısı kimi ana dilimizin inkişafına böyük töhfələr vermişdir. Onun rəhbərliyi altında Azərbaycan dili dövlət dili kimi daha da möhkəmlənmiş, onun qorunması və zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Bəli, bu gün Ümummilli Liderimiz Heydər Əliyevin dil siyasətinin bəhrələrini hər yerdə görürük: Azərbaycan dili dövlətimizin bütün sahələrində istifadə olunur, beynəlxalq səviyyədə tanınır və müasir dövrün tələblərinə uyğun olaraq inkişaf edir. O, dilimizin milli kimliyimizin təməl daşı olduğunu vurğulayaraq demişdir: “Dilimiz bizim milli sərvətimizdir, mənəvi varlığımızın təzahürüdür və onu qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur.”

Hər kəs qəti əmindir ki, Ulu Öndər Heydər Əliyevin ana dilimizlə bağlı müəyyən etdiyi strateji yol xəritəsi ilə Azərbaycan dili daim inkişaf edəcək və gələcək nəsillər üçün də milli qürurumuzun rəmzi olaraq qalacaqdır.

Nizami Hüseynov

YAP Qazax rayon təşkilatının fəalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri