Icma.az
close
up
RU
Milli Qvardiya küçədə, ştat rəhbərləri məhkəmədə ABŞ tarixində nadir böhran

Milli Qvardiya küçədə, ştat rəhbərləri məhkəmədə ABŞ tarixində nadir böhran

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Los-Ancelesdə baş verənlər ABŞ cəmiyyətindəki parçalanmanı daha da dərinləşdirəcək. Ayrı-ayrı ştatlar mərkəzi hakimiyyətə qarşı daha barışmaz mövqe tutacaqlar. Yəni baş verənlər ABŞ üçün ciddi nəticələrə səbəb ola bilər.

ABŞ-də vəziyyət "adi iğtişaşlar" çərçivəsindən kənara çıxıb və kriminal-siyasi rəng alıb. Los-Ancelesdə ABŞ Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) hərəkətlərinə qarşı kütləvi etirazlar başlayıb. ABŞ cəmiyyəti də baş verən hadisələrə münasibətdə ikiyə bölünüb. Əhalinin bir hissəsi Prezident Donald Trampı dəstəkləyir, digərləri isə onu xaos yaratmaqda ittiham edirlər.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Federal və yerli hökumət arasında qarşıdurma

Los-Ancelesdə yaşananlar faktiki olaraq federal və yerli hökumət arasında qarşıdurmadır.

Kaliforniya ştatının rəhbərliyi Donald Trampı iğtişaşları təhrik etməkdə günahlandırıb və ona qarşı məhkəmə iddiası qaldırıb. Faktiki olaraq, prezident və ştatın qubernatoru Qevin Nyusom sərt qarşıdurma vəziyyətindədirlər. Prezident Nyusomu iğtişaşlarla və qeyri-qanuni miqrasiya ilə mübarizəyə maneçilik törətdiyinə görə açıq şəkildə həbslə hədələyib. Nyusom isə hər şeydə Trampı günahkar sayıb. Onun sözlərinə görə, məhz prezident Paramaunt şəhərində miqrasiya və gömrük polisinin (US Immigration and Customs Enforcement, ICE) sərt reydlərini başladıb. Paramaunt - Los-Ancelesın əhalisi əsasən Meksikadan gələnlərdən ibarət olan ətraf ərazisidir. Nyusom iddia edir ki, ştat polisi iğtişaşlarla mübarizə apara bilərdi və Trampın Milli Qvardiya əsgərlərini cəlb etmək qərarı olmasaydı, onlar tezliklə sakitləşəcəkdi. Prezidentin bu qərarı vəziyyəti gərginləşdirib və iğtişaşların digər yaşayış məntəqələrinə də yayılmasına səbəb olub. Ştat hakimiyyətinin iddiasında Trampın qərarının ləğv edilməsi tələb olunur.

Miqrasiya xaosunu kim təşkil etdi?

Ortada isə çoxlu suallar var. Miqrasiya xaosunu kim təşkil etdi? Onun həllinə və antimiqrasiya tədbirlərinin yaratdığı sosial narazılığa görə kim məsuliyyət daşımalıdır? Etirazların özü təbii reaksiyadır, yoxsa Trampın siyasi düşmənləri tərəfindən təhrik edilib, maliyyələşdirilib və yönləndirilib? Kənardan baxanda iki məqam aydın görünür. Bir tərəfdən, Tramp həqiqətən də radikal bəyanatlara və hərəkətlərə meyillidir. Digər tərəfdən, sistemli olmayan prezidentin həm ölkə daxilində, həm də xaricdə çoxlu düşmənlərinin olduğu fakt olaraq qalır. "Düşmən" də kifayət qədərdir - Demokratlar Partiyası, qlobalistlər və Trampın zərbə ardınca zərbə endirdiyi LGBT, USAID, Milli Təhlükəsizlik Xidməti və Harvard Universiteti.

Küçədən gələn təzyiqlər

Amma Tramp küçədən gələn təzyiqlərə boyun əymək fikrində deyil. Məsələn, Los-Ancelesdə Milli Qvardiya və dəniz piyadaları yerləşdirib. "The Washington Post"un məlumatına görə, hazırda gərginlik zonasında 4 800 hərbçi var ki, bu da ABŞ-nin Suriya və İraqdakı kontingentindən çoxdur.

Ola bilsin ki, Tramp heç bir qanunu pozmayıb, amma yazılmamış ənənə dəqiq pozulub. Ştat hakimiyyətinin razılığı olmadan Milli Qvardiya bölmələrinin cəlb edilməsi ABŞ üçün çox qeyri-adidir. Sonuncu dəfə belə hal 1965-ci ildə olmuşdu. O zaman prezident Lindon Conson Alabama Milli Qvardiyasına Martin Lüter Kinqin başçılıq etdiyi qaradərililərin hüquqlarının müdafiəçilərinin yürüşünü qorumağı tapşırmışdı. İndi isə vəziyyət prinsipial olaraq fərqlidir. İrqçilikdə Trampı və ICE-ni ittiham edirlər, ştatın qubernatoru isə əksinə, özünü vətəndaş hüquqlarının müdafiəçisi kimi təqdim edir.

Aksiyaların siyasi hədəfləri

İndiki olayların 60 il əvvəlkindən daha bir fərqi var. Nə Conson, nə də onun adamları həmin vaxt irqçi qubernatoru həbsxana ilə hədələməmişdilər. İndi isə Milli Qvardiyaya müqavimət göstərildiyi təqdirdə Nyusom həbslə təhdid edilir. Bu vədi, daha doğrusu, hədəni Trampa çox yaxın olan şəxslərdən biri Tom Homan səsləndirib.

Beləliklə, Tramp 2020-ci ildə olduğu kimi, irqi çalarlı iğtişaşlara eyni reaksiyanı göstərir. Bu reaksiya həmin vaxt Demokratlar Partiyasının sol qanadına öz populyarlığını artırmaq üçün imkan yaratdı. Görünür, baxışlarına görə mərkəzçi olan Nyusom da eyni taktikadan istifadə etmək niyyətindədir. O, 2028-ci il seçkilərində demokratlardan prezidentliyə namizəd olmaq istədiyini gizlətmir. Donald Trampın sərt antimiqrasiya tədbirlərini həyata keçirmək cəhdlərindən sonra Kaliforniyada baş verən iğtişaşlar Demokratlar Partiyasına indi də sərf edir. Baş verənlər demokratlara uzun müddətdir ehtiyac duyduğu şeyi - Trampa qarşı etirazlara rəhbərlik edə biləcək populyar lider verə bilər.

Son illərin ən gərgin daxili böhranı

Müşahidəçilər hesab edirlər ki, baş verənlər ABŞ cəmiyyətindəki parçalanmanı daha da dərinləşdirəcək. Ayrı-ayrı ştatlar mərkəzi hakimiyyətə qarşı daha barışmaz mövqe tutacaqlar. Yəni ABŞ üçün bu, ciddi nəticələri olan bir hekayədir.

Los-Ancelesdə miqrantların etiraz aksiyaları başqa ştatlara da sıçrayıb. Vaşinqton ştatının Sietl şəhərinin mərkəzindəki miqrasiya məhkəməsi qarşısında aksiyada deportasiyanın dayandırılmasına dair şüarlar səsləndirilib. Daha sonra Ostində aksiya təşkil edilib. Texas qubernatoru Qreq Ebbot sosial mediada Ostin şəhərində ondan çox etirazçının həbs edildiyini yazıb. Dallasda yüzlərlə nümayişçi bir neçə saat ərzində şəhər körpüsündə mitinq üçün toplaşıb. Luiziana ştatının Yeni Orlean şəhərində yüzdən çox insan Los-Anceles etirazçıları ilə həmrəylik nümayiş etdirmək və şəhərdəki miqrasiya reydlərinə etiraz etmək üçün aksiya keçirib. Həmçinin miqrantların Nyu-York, Çikaqo, Vaşinqton, Atlanta kimi böyük şəhərlərdə aksiyaları planlaşdırılır. Bir sözlə, Birləşmiş Ştatlar son onilliyin ən gərgin daxili böhranı ilə üz-üzə qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 İyun 2025 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri