Icma.az
close
up
RU
Milli rəqs sənətimizin şahzadəsi

Milli rəqs sənətimizin şahzadəsi

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Xalq artisti Əminə Dilbazinin doğum günüdür

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərən Əminə Dilbazi uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, bu gün xalqımızın milli xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti, “İstiqlal” ordenli Əminə Dilbazinin anadan olmasının 106-cı ildönümü tamam olur.

Əminə Dilbazinin adı ölkəmizdə professional və özfəaliyyət rəqs ansambllarının yaradılması ilə də sıx bağlıdır. Mahir ifaçı 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar” tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə isə “Sevinc” qızlar ansamblını yaradıb. Bununla da zəngin pedaqoji təcrübəsini ölkəmizdə milli xoreoqrafiyanın inkişafına yönəldən Əminə Dilbazi xalq rəqslərinin sirlərinə bələd olan yeni ifaçılar nəslinin hazırlanması yolunda yorulmadan çalışıb, bir çox milli rəqs ifaçılarının peşəkar rəqs sənətində fəaliyyət göstərməsinə birbaşa köməklik göstərib. O, klassik milli rəqslərimizi yeni ifa tərzi ilə zənginləşdirərək əsl sənət inciləri yaratmağa müvəffəq olub.

Görkəmli ifaçının fəaliyyəti boyu repertuarı hər zaman öz rəngarəngliyi ilə səciyyələnib. O, bir çox filmlərdə rəqslərə quruluş verib. Mahir rəqqasənin ifa etdiyi “İnnabı”, “Tərəkəmə”, “Vağzalı-Mirzeyi”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə sevilib.

Əminə Dilbazi müsahibələrinin birində belə yazıb: “Bir gün Qılman Salmanovla birlikdə getdik Üzeyir bəyin yanına. Üzeyir bəy məni görən kimi dedi: "Balaca qız” - o, mənə belə müraciət edirdi – “sən mənə tanış gəlirsən". O, anamın 1928-ci ildə məni və bacımı yanına gətirməsini nəzərdə tuturdu. Üzeyir bəy mənə "Balaca qız, sən istedadlısan, mənim musiqimə gözəl rəqs qurmusan. Rəqs qurmağa davam et", dedi. Onun sözlərindən elə təsirlənmişdim ki, doyunca ağlamaq istəyirdim. Böyük bəstəkar oradaca zəng vurub tapşırdı ki, mənim rəqsimi dövlət konsertinə salsınlar. Bu hadisədən çox həvəsləndim. Qısa müddətdə Əminə Dilbazi həm də “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və digər əsərlərdə də rəqslərə quruluş verib. Rəqqasə “Əzablı yollar”, “Mən mahnı qoşuram”, “Ulduz” və s. filmlərin xoreoqrafı olub.

Tarixi kökləri qədimlərə bağlanan rəqslərimizin parlaq nümunələrinin yaşadılmasına layiqli töhfələr verməklə yanaşı, Əminə Dilbazi dünya xalqları rəqslərinin mahir ifaçısı kimi də tamaşaçıların qəlbinə yol tapıb. Görkəmli rəqqasənin repertuarına rus, Ukrayna, özbək, ərəb, Çin və s. xalqların rəqsləri daxil olub. Bununla yanaşı, Əminə Dilbazi Azərbaycan mədəniyyətinin xarici ölkələrdə tanınmasında və geniş şöhrət qazanmasında özünəməxsus rol oynayıb.

Tanınmış rəqqasə 1954-cü ildə Əməkdar artist, 1959-cu ildə Xalq artisti adlarına layiq görülüb, 1999-cu ildə “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əminə Dilbazinin anadan olmasının 100 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunub.

Əminə Dilbazi gözəl sənətkar olmaqla bərabər, həm də Cövdət Hacıyev kimi görkəmli musiqiçinin həyat yoldaşı olub.

2010-cu il aprelin 30-da haqq dünyasına qovuşan Əminə Dilbazinin zəngin təcrübəyə, mahir pedaqoq qabiliyyətinə malik böyük rəqs ustadı kimi xalq rəqslərimizin incəliklərini gənc nəslə öyrətməklə milli xoreoqrafiyamızın inkişafı naminə gördüyü böyük işlər heç vaxt yaddaşlardan silinməyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri