“Belə insanlarla mədəniyyətdən danışmaq olmaz” Makron özündən çıxdı
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron Nayrobidə keçirilən “Afrika irəli” sammitində zalda yaranan səs-küyə dözməyərək çıxışını kəsib.
“Qafqazinfo” “Sputnik”ə istinadla xəbər verir ki, hadisə mayın 11-də afrikalı iştirakçıların səhnədə siyasi məsələləri müzakirə etdiyi vaxt baş verib.
Zaldakı uğultunun kəsilmədiyini və insanların natiqlərə məhəl qoymadan ucadan danışdığını görən Makron emosiyalarını cilovlaya bilməyib.
Mikrofona yaxınlaşan Fransa lideri səs-küy salanlardan sükut tələb edib.:
“Bağışlayın, hey, üzr istəyirəm, amma bu qədər səs-küy olan yerdə belə insanların bura gəlib çıxış etməsi və mədəniyyətdən danışması qeyri-mümkündür. Əgər ikitərəfli görüşlər keçirmək və ya başqa mövzularda danışmaq istəyirsinizsə, bunun üçün xüsusi sahələr var, kənara çıxa bilərsiniz”.
Qeyd edək ki, onun bu görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 11 May 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















