“WhatsApp” yeni ödənişli xidmətini təqdim edib
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“WhatsApp” məhdud sayda “iOS” istifadəçiləri üçün yeni “WhatsApp Plus” abunə sistemini istifadəyə verib. Avtosfer.az Sfera.az-a istinadən xəbər verir ki, yeni xidmət istifadəçilərə tətbiqin əsas funksiyalarını dəyişmədən əlavə fərdiləşdirmə və premium imkanlar təqdim edir. Yeni abunə paketi çərçivəsində istifadəçilər tətbiqin görünüşünü tamamilə dəyişə biləcəklər. Belə ki, sistemdə 18 fərqli rəng mövzusu və 14 müxtəlif tətbiq nişanı seçimi təqdim olunur. “WhatsApp Plus” istifadəçilərə eyni zamanda daha geniş söhbət idarəetməsi imkanı yaradır. Yeni xüsusiyyətlər arasında 20-yə qədər söhbəti yuxarı hissədə sabitləmək, inkişaf etdirilmiş çat siyahısı idarəetməsi və 10 yeni premium zəng melodiyası da yer alır. Xidmətin aylıq abunə haqqı Avropa ölkələrində 2,49 avro olaraq müəyyən edilib. Bundan əlavə, istifadəçilər üçün pulsuz sınaq müddəti də təqdim olunur. Hazırda yalnız seçilmiş “iPhone” istifadəçiləri üçün aktiv olan sistemin yaxın həftələrdə dünyanın digər bölgələrindəki istifadəçilərə də təqdim ediləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 11 May 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















