Milli sıralamada gerilədi
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Seneqalın paytaxtı Dakarda yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunları yekunlaşmaq üzrədir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan komandası 12-ci yarış günündən sonra medal sıralamasında 1 pillə geriləyərək 12-ci yerə düşüb.
Komandamızın hesabında 3 qızıl, 2 gümüş medal var.
Cədvələ 28 medalla Çin yığması başçılıq edir.
Qeyd edək ki, idmançılarımızdan cüdoçu İbrahim Talıbov (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) çempion olublar, çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) isə gümüş mükafat əldə edib.
Yarış sabah başa çatacaq.
Baxış sayı:120
Bu xəbər 12 Noyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















