Icma.az
close
up
RU
Milli tarixi yaddaş üçün önəmli Açar

Milli tarixi yaddaş üçün önəmli Açar

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mahir QƏRİBOV
Tarix üzrə fəlsəfə doktoru

Ədəbiyyat hər bir xalqın mənəvi yaddaşı, tarixi isə onun varlıq təməlidir. Tariximiz bizim dünənimiz, bu günümüz və sabahımızdır. Tarixi yaddaş gələcək nəsillərə ötürülən ən qiymətli xəzinədir. Bu mənada, hər bir yazıçının qarşısında duran ali vəzifə tarixi irsi ədəbi əsərlərlə gələcəyə miras qoymaqdır. Natəvan Dəmirçioğlunun "Açar" romanı da məhz bu mühüm missiyanı yerinə yetirir.

44 günlük Vətən müharibəsində Azərbaycan xalqı elə bir dastan yazdı ki, bu qələbə üzərindən neçə əsrlər keçsə də, xalqımızın yaddaşında Zəfər salnaməsi olaraq qalacaq. Bu tarixi yazıya köçürmək, qələmə almaq özü də şərəfli bir vəzifədir. Natəvan xanımın "Açar" romanı bu vəzifəni layiqincə yerinə yetirərək, Qarabağ müharibəsinin reallıqlarını, şəhidlərimizin qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini ədəbi faktlarla göz önünə gətirir.

Roman Qurani-Kərimin "Hədid" (Dəmir) surəsinin 2-ci ayəsi ilə başlayır: "Göylərin və yerin hökmranlığı Onun əlindədir. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir". Dəmir surəsi - Dəmirçioğlu: bağlılığa baxın... Bu ayənin verilməsi daha çox, əsərin ideya-mənəvi çərçivəsini müəyyən edir. Müəllif  burada açarı həm maddi, həm də mənəvi anlamda təqdim edir, bir tərəfdən torpaqlarımızın açarı, digər tərəfdən isə vicdanın, haqqın, ədalətin açarı. Əsərin birinci səhifəsində Natəvan xanım bu sözləri yazıb. "Haqqın diktəsi... Haqqı dananların əli haqqa uzalı qalar. Haqqı unudanları haqq unudar..." Qurani-Kərimin Bəqərə surəsinin 257-ci ayəsində yazılır: "Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər". Bu bənzərlik, bu haqqa və işığa tapınma istiqamətin eyniliyindəndir. Bunları Natəvan xanım planlamır, fitri olaraq, fəhmə əsasən belə alınır. Müəllifin yaradıcılığında təsadüfü heç nə yoxdur, hər bir nüansın ilahi qanunauyğunluq kəsb etdiyi reallıqdır. Qarabağ probleminin ən ümidsiz illərində də Natəvan xanım gələcək üçün açarı axtarır və tapır: "Qarabağın açarı... Qarabağ özü açar olacaq Naxçıvana quru yolun açılmasına, Zəngəzura, Göyçə gölünə..." yazır. Hələ "Açar" romanından öncə "Üç nöqtə",  "Səbət" və "Yetim" povestləri ilə Natəvan xanım güclü intuitiv fəhmə sahib olduğunu subut etmişdi.

20 noyabr 1991-ci il xalqımızın tarixində "Qarakənd" faciəsi günü, 20 noyabr 2020-ci il isə xalqımızın tarixində Ağdamın işğaldan azad olunması günüdür. "Qara" və "Ağ" sözlərinin mistikası, həmçinin zamana diqqət yetirdiyimizdə, tariximizin ən çətin dövrlərinin, qara səhifənin, həm də işıqlı bir tarixin, Zəfər salnaməsinin yazıldığının şahidi olduq.

N.Dəmirçioğlunun "Açar" romanı da özünün bədii dəyəri ilə seçilir. Əsərdə obrazlar real həyat hadisələri fonunda canlandırılır, oxucunu düşündürən suallara cavab verilir, vətənpərvərlik duyğusu ülviyyətə sədaqət, mənəviyyata bağlılıq ruhunda aşılanır.

Əsərin əsas qəhrəmanlarından biri olan Məhəmməd obrazı yalnız sadə bir əsgərin deyil, Vətən sevgisinin, vətəndaşlıq məsuliyyətinin və fədakarlığın canlı nümunəsidir. Döyüşdə əsl qəhrəman kimi iştirak edən Məhəmməd, canı bahasına torpaqlarımızın azadlığı uğrunda mübarizə aparır və şəhidlik zirvəsinə ucalır. Onun şəhidliyi ilə birlikdə romanın emosional və mənəvi gücü daha da artır. Məhəmmədin obrazı oxucuda həm qürur, həm də kədər doğurur - o, həm şəhid oğul, həm də tariximizin əbədi qəhrəmanıdır. Həmçinin İmran obrazı. Onun döyüş yolunu və şəhadətə qovuşma anını müəllifin əsl sənətkarlıqla verə bilməsi, müharibə səhnələrini real, canlı təsvir edə bilməsi və tarixi yükü daşıya bilməsi önəmli ədəbi naliyyətdir: "Özü öndə snayperin arxasına keçməli, iki döyüşçü sağ və sol cinahlardan onu qorumalı, dördüncü hərbiçi mərkəzdən hərəkətsiz irəliləməli, müdaxilə etmədən, ehtiyat qüvvə mövqeyində olmalı, rabitə alınmazsa, ya planlaşdırılmamış, qeyri-adi situasiya olarsa, vəziyyəti xəbər vermək üçün geri qayıtmalı idi. Hər şey qaydasında gedirdi. Snayperin durduğu yeri təxmin etdiyi əraziyə çatmışdı, amma niyə isə onun əlaməti görünmürdü. Birdən snayper atəşinin ani qığılcımını gördü və həmin istiqamətə atıldı. Cəld sol qolunu arxadan fırlayıb, snayperin çənəsinin altından boğazına doladı. Başını arxaya qanırdı, sağ əlindəki səs boğucu keçirilmiş silahla boynunun damarına sıxdı. Düşmən atıcının başı həmin anda çiyninə düşdü. Sağ və sol cinahdan gələn döyüşçülər də artıq çatmışdı və o, snayperin taqətdən düşmüş bədənini tappıltı salmasın deyə, yavaşca yerə qoydu. İşarə ilə əsgərlərə bildirdi ki, onun silahını bir yerdə gizlədib, davam etsinlər, düşmənin arxasında mövqe tutub gözləsinlər. Özü aşağı enib, mərkəz döyüşçünü götürüb, mövqeyə qayıtmalı və hücum əmri verərək tapşırığı sonadək yerinə yetirməli idi. Ürəyinə dammışdı ki, dördüncü döyüşçünün - İmranın vəziyyəti yaxşı deyil, çünki snayper gülləsinin ətə dəydiyini yəqin etmişdi".

Əsəri nəfəs çəkmədən oxuyursan. Hadisələr o qədər dinamik, canlı, gərgin davam edir ki... Növbəti səhnədə nələr olacağını bilmədən sakitləşə bilmirsən. Daha bir ədəbi sürpriz oxucunu gözləyir: "Düşündüyü kimi idi. İmran torpağın üstündə, budaqların arasında çırpınırdı. Qan aparırdı onu. İmran çabaladıqca yerdə qan torpağa qarışırdı. Tez döyüş çantasından ilk tibbi yardım qutusunu açdı, qankəsici dərman verdi ona.

- Su ver, komandir, su, - dedi İmran.

- Susuz ud, uda bilməsən çeynə, - dedi, - su olmaz hələ.

Tampon çıxarıb yarasına tıxadı. Yara qurşaqdan yuxarı, sağ tərəfində idi. "Snayper burasından necə vurub" deyə ani düşündü, heç nə demədi amma. Onu qucağına götürüb var gücü ilə geri, mövqeyə tərəf qaçdı".

Hadisə və onun təsviri bununla bitmir. Daha doğrusu, təsvir yox, iştirakçısına çevrildiyimiz müharibə olayları. Orada çox hadisələr olur. Yalnız romanı oxuyaraq o həyacanı hiss etmək mümkündür. Və gözləmədiyimiz sonluq: "İmranın üzü sapsarı idi, gözlərinin rəngi solmuşdu. Əlini onun yarasının üzərində gəzdirdi. Onu danışdırmağa qıymazdı, amma maraq ona güc gəldi:

- İmran, necə oldu ki, snayper səni bu hissədən vurdu. Sən ayaq üstəydin ki?

- Mən ayağa qalxdım ki, o atəş açsın. Yoxsa onun yerini müəyyən edə bilməyəcəkdiz. O, yerini dəyişmişdi. - İmranın artıq danışmağa gücü çatmırdı..."

"Açar" romanı bədii-estetik cəhətdən də oxucunu "alıb özüylə apara bilir". İndiyə qədər oxuduğumuz müharibə ədəbiyyatında çox da rast gəlmədiyimiz bir detala diqqət çəkmək yerinə düşər. İmran düşmən ordunun əsgərləri haqqında deyir: "İmkanım olsa, mən onları heç öldürmərəm. Onların da anası var, onların da cibindən sevdiyi qızın min ümidlə baxan şəkli çıxır, onların da atası boyu bərabəri oğul böyüdüb, onun ölümünü eşidəndə qəddi əyilir, onların da qaragözlü balaları onların yolunu gözləyir. Onlara da heyifdir. Onlar da cavandır, günahsızdır". Belə düşünən İmranı düşmənin bircə gülləsi bədbəxt etdi. "Onların da cibindən sevdiyi qızın min ümidlə baxan şəkli çıxır" deyən İmran sevdiyi qıza vida məktubu yazıb. ...Üstündə ünvan da qeyd edib. Amma mən o məktubu yazılan ünvana göndərməyə ürək eləmirəm. Sevdiyi qızın İmran üçün axıdacağı göz yaşları qanımı yuyub aparır".

Tarixi nöqteyi-nəzərdən "Açar" 44 günlük Vətən Müharibəmizin həm də bədii-estetik, psixoloji, mənəvi mahiyyətini açır. Müəllif tarixə xidmət edir, həm də ciddi ədəbiyyat yaradır.

Roman bədii-estetik baxımdan zəngin olmaqla yanaşı, son dərəcə həyati və real təsvirlərlə doludur. Müəllif hadisələri, dərin psixoloji məqamları ardıcıllıqla göstərməklə oxucunu hadisələrin birbaşa şahidinə çevirir. Bu baxımdan roman həm də sənədli dəyərə malikdir - müharibənin reallıqlarını, xalqımızın birlik və qələbə ruhunu özündə daşıyır.

Romanda diqqətçəkən mühüm fikirlərdən biri də 21-ci səhifədə yer alır: "Azərbaycanın qara qızılı Qarabağın qızıl açarı ola bilər". Bu düşüncə strateji baxışın ifadəsidir. Ulu öndər Heydər Əliyev 1994-cü ildə imzaladığı "Əsrin müqaviləsi" ilə bu fikri reallığa çevirib.

Natəvan Dəmirçioğlunun "Açar" romanı tarixə işıq tutmaqla yanaşı, İkinci Qarabağ müharibəsinin yurd həsrətinə və milli yaddaşa necə təsir etdiyini dərin emosional təsvirlərlə əks etdirir. Müəllif qəhrəmanların həyat hekayələri üzərindən həm fərdi acıları, həm də xalq olaraq yaşadığımız böyük faciəni və sonundakı qələbəni ustalıqla qələmə alır. Romanın dili sadə və səmimi olsa da, yüklü emosional təsir oxucunu düşündürür və duyğulandırır.

Əsərdə tez-tez keçmişə dönüşlərlə insanların doğma torpaqlarına olan bağlılığı, bu yerlərin yaddaşlarda necə canlı qaldığı vurğulanır. Bir hissədə müəllif yazır: "Yurdlarından qaçqın düşəndə evi, aynəbəndi, küçə qapısını- darvazanı bağlayıb açarlarını cibinə qoymuşdu. Qarışıqlıqda itməsin deyə, rəhmətlik arvadı kiçik kəndirlə açarları bir-birinə bağlamışdı". Bu cümlələr sadəcə bir əşyanın - açarın deyil, bütöv bir həyatın, xatirələrin və gələcəyə olan ümidin simvoluna çevrildiyini göstərir. İnsanların bu açarları illərlə qoruması, onların nə vaxtsa geri dönəcəklərinə olan əminliyinin, inamının rəmzidir. Roman həm də azərbaycanlıların torpağa olan mənəvi bağını, dözümünü və qürurunu tərənnüm edir. Müəllif döyüş səhnələrini və qələbə hisslərini də inandırıcı və qürurverici şəkildə təsvir edərək oxucunu hadisələrin içinə çəkir. N.Dəmirçioğlunun bu romanı, bir bədii yazı olmaqdan daha çox, tarixi yaddaşın qorunması və gələcəyə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edən ədəbi abidədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Sentyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see338

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see259

Formula 1 ə görə bağlanan bütün yollar açıldı

22 Sentyabr 2025 09:50see159

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see152

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see138

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see135

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see133

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see133

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see130

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see125

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see123

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see123

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see121

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see121

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see120

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see120

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see118

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see115

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri