Icma.az
close
up
RU
Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanılıb

Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanılıb

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Akademik Milli Dram Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq" əsəri əsasında hazırlanan yeni tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən məlumata görə, Prezident İlham Əliyev Xalq yazıçısı, Dövlət mükafatı laureatı və tanınmış ictimai xadim "Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. Akademik Milli Dram Teatrının yeni tamaşası Prezidentin Sərəncamından irəli gələn məsələlərin Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planının təmin olunması istiqamətində atılan addımdır.

Dövlət sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sahib Əhmədovdur. Tamaşanın geyim üzrə rəssamı Günay Hidayətova, işıq üzrə rəssamı Rəfael Vaqifoğlu, musiqi tərtibatçısı Ənvər Sadıqov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti isə Ceyran Başarandır.

Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı (Cavanşir), Əli Nur (Şamil), Mehriban Zəki (Zəhra), Sabir Məmmədov (Əkrəm), əməkdar artistlər Mətanət Atakişiyeva (Suğra), Ayşad Məmmədov (Kamil), aktyorlar Rüstəm Rüstəmov (Zöhrab), Elnur Qədirov (Vasif), Nigar Güləhmədova (Nailə), Rada Nəsibova (Nazilə), Cümşüd Zeynalov (İşıqçı), Məhsəti Tahirzadə (Qız), Elçin Nurəliyev (Aktyor), Əliulla Vəliyev (Operator) iştirak edirlər.

Bəhram Osmanov “Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq” tamaşası haqqında belə deyib: "Tamaşanın qəhrəmanları məhəbbət barədə bir-biri ilə mübahisə aparırlar. Bu mübahisədə gərginlik də yaranır. Onlar başa düşürlər ki, heç bir hörmət, maddi rifah məhəbbəti əvəz etmir. Hətta anlayırlar ki, məhəbbət göz yaşları gətirir. Amma yenə də onu axtarır, ona doğru can atırlar. Və bu axtarışda ailələr dağılır, faciələr baş verir. İnsan həmişə məhəbbət axtarır, ona doğru can atır. Tapanda sevinir, xoşbəxt olur. Məhəbbət puç olanda isə kədərlənir, dərdə düşür, kövrəlir, ağlayır. Təəssüf ki, daim arzulanan məhəbbət insana sonradan göz yaşı bəxş edir.

Tamaşanın qəhrəmanları bu ideyanın daşıyıcılarıdır. Onlar ömürlərinin yarısını yaşamış olsalar belə, hələ də çatmadıqları məhəbbəti axtarırlar. Ailə sahibləridirlər, bəzilərinin hətta yetkinlik yaşına çatmış övladları da var. Amma məhəbbət yoxdur...
Bayquş əsasən xarabalıqda peyda olur. Ya da lap qədimlərdə deyildiyi kimi bədbəxtlik gətirir. Demək, bu yaşayış məntəqəsi gələcəkdə xarabaya çevrilə bilər. Çünki sakinləri sanki zombiləşiblər. İşləsələr də, özlərinə yaxşı şərait qursalar da, yenə də qəlblərində boşluq hökm sürür. Məhəbbət yoxdur. Əgər qəhrəmanlar ömürlərini mənasız bir boşluqda yaşayıblarsa, onlardan törəyən nəslin taleyi necə olacaq? Həmin nəsil necə yaşayacaq? Təəssüf ki, suallar çox vaxt cavabsız qalır".

Yeni tamaşanın premyerasının noyabr ayında keçirilməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Sentyabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri