Icma.az
close
up
RU
Milli ticarət balansı: ixrac idxaldan 2 dəfə çoxdur

Milli ticarət balansı: ixrac idxaldan 2 dəfə çoxdur

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanın xarici ticarətində ilin ilk 7 ayının nəticələri diqqətçəkən mənzərə ortaya qoyub. Ölkə xaricə 19 milyard 335,6 milyon dollarlıq məhsul satıb, xaricdən isə 9 milyard 880,7 milyon dollarlıq məhsul alıb. Nəticədə 9 milyard 454,9 milyon dollarlıq müsbət saldo formalaşıb. Başqa sözlə, hər 100 dollarlıq idxalın qarşılığında Azərbaycan təxminən 196 dollar ixrac edib.

Bu rəqəmlər ilk baxışda sadə görünə bilər. Lakin arxasında Azərbaycanın xarici ticarət modelində baş verən mühüm dəyişikliklər dayanır. İxracın 4,1 milyard dollara yaxın artımında qeyri-neft sektorunun payı nə qədərdir və idxalın 3,7 milyard dollardan çox azalması ölkədə istehsal imkanlarının genişlənməsi ilə bağlı ola bilərmi?

Əvvəlcə ixraca baxaq. 2026-cı ilin ilk yeddi ayında ümumi ixrac 27 faiz artıb. Bu artımın mühüm hissəsi qeyri-neft sektorunun canlanması ilə müşayiət olunur. 2026-cı ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac, qeyri-monetar qızıl istisna olmaqla, 16,9 faiz artaraq 1,878 milyard dollara çatıb. Aqrar məhsulların ixracı 23,9 faiz, aqrar-sənaye məhsullarının ixracı isə 35,3 faiz yüksəlib. Aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 759,8 milyon dollara çatıb. Bu rəqəmlər mühüm siqnaldır. Çünki ixrac coğrafiyası və məhsul strukturu baxımından Azərbaycan iqtisadiyyatında yeni istiqamətlər güclənir.

Meyvə-tərəvəz, pambıq, pambıq ipliyi, alüminium, qara metallar, şəkər, bitki və heyvan mənşəli yağlar kimi məhsulların ixracında ciddi artımlar qeydə alınıb. Məsələn, yanvar-iyun aylarında şəkər ixracı 3,4 dəfə, pambıq ipliyi 2,1 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 40,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30,1 faiz, meyvə-tərəvəz ixracı isə 18,9 faiz artıb.

Qeyri-neft ixracında artıq artımın mənbələri genişlənir. Bu sahədə kənd təsərrüfatı məhsullarının, emal sənayesinin, metallurgiya və kimya məhsullarının, tekstil və digər sənaye mallarının xarici bazarlara çıxışı artır. Bu isə o deməkdir ki, ixracın şaxələndirilməsi istiqamətində hərəkət davam edir.

Deməli, qeyri-neft sektorunun ixrac artımında rolu real və getdikcə böyüyəndir. Lakin ümumi ixracın 4,1 milyard dollardan çox artımının hamısını qeyri-neft sektorunun hesabına yazmaq doğru olmaz. Qeyri-neft ixracının həcmi və artım tempi müsbət olsa da, Azərbaycanın ümumi ixracında enerji məhsullarının çəkisi hələ də yüksəkdir. Buna görə 2026-cı ilin ilk yeddi ayında ixracdakı sıçrayışı həm enerji ixracının dinamikası, həm də qeyri-neft ixracının genişlənməsi birlikdə formalaşdırır.

Bəs idxalın 27,4 faiz azalmasını qeyri-neft sektorunun ixrac artımı ilə əlaqələndirmək mümkündürmü?

Burada cavab daha ehtiyatlı olmalıdır. Birbaşa “qeyri-neft ixracı artdı, ona görə idxal azaldı” demək statistik baxımdan düzgün yanaşma olmaz. Çünki idxalın dinamikasına bir çox amil təsir edir. İdxal strukturunda maşın və mexanizmlər, elektrotexniki avadanlıqlar, nəqliyyat vasitələri, kimya sənayesi məhsulları, metallar, ərzaq, plastmas və digər məhsullar mühüm yer tutur.

Bununla belə, dolayı əlaqənin mövcudluğu istisna edilə bilməz. Yerli istehsal imkanlarının genişlənməsi müəyyən məhsullar üzrə daxili tələbatın xaricdən ödənilməsi ehtiyacını azalda bilər. Məsələn, kənd təsərrüfatı və aqrar-sənaye istehsalının böyüməsi bəzi ərzaq və xammal məhsullarının idxalına ehtiyacı zəiflədə bilər. Eyni proses emal sənayesində də baş verdikcə xarici məhsulun daxili məhsulla əvəzlənməsi mümkündür.

Başqa sözlə, burada iki paralel xətt yaranır: Azərbaycan bir tərəfdən yerli məhsulların xarici bazarlara çıxışını artırır, digər tərəfdən daxili bazarda öz istehsal imkanlarını genişləndirə bildiyi ölçüdə idxala olan ehtiyacı azalda bilər. İdxalın dəyərinə dünya qiymətləri, məhsulların alınma həcmi, investisiya mallarının idxal qrafiki, daxili tələbat, iri layihələr üzrə avadanlıq alışları və digər amillər də təsir edir. Ona görə də hazırkı rəqəmlər daha çox “potensial struktur dəyişikliklərinin siqnalı” kimi qiymətləndirilməlidir.

İlin ilk aylarının göstəriciləri aydın göstərir ki, qeyri-neft ixracındakı yüksəliş təsadüfi xarakter daşımır. Məsələn, yanvar-iyun dövründə bu ixrac 16,9 faiz artıb, yanvar–mayda artım 16,6 faiz, yanvar–apreldə isə 13 faiz olmuşdu. Bu dinamika qeyri-neft ixracının ilin gedişində sabit artım trayektoriyasında olduğunu göstərir.

Belə bir mənzərə Azərbaycanın xarici ticarətində keyfiyyət baxımından yeni mərhələnin formalaşdığını göstərir. Əvvəllər əsas diqqət ixracın həcminə yönəlirdisə, indi ixracın tərkibi daha böyük əhəmiyyət daşıyır. Xaricə daha çox yerli kənd təsərrüfatı məhsulunun, emal edilmiş sənaye məhsulunun və əlavə dəyəri yüksək malların çıxarılması Azərbaycanın ticarət dayanıqlığını artırır.

Xarici ticarətdə ən sağlam mənzərə sadəcə çox satmaqdan yaranmır. Əsas uğur ölkənin nə satdığında, nə qədər əlavə dəyər yaratdığında və daxili bazarda hansı məhsulları artıq özü istehsal edə bildiyində üzə çıxır. 2026-cı ilin ilk yeddi ayının rəqəmləri isə göstərir ki, Azərbaycanın xarici ticarətində məhz bu istiqamətdə mühüm hərəkətlilik yaranıb.

Emin QƏRİBLİ,
İqtisad Universiteti iqtisadiyyat kafedrasının dosenti

Qeyri-neft sektorunun ixracında kifayət qədər ciddi artım müşahidə olunur. Burada bir sıra məhsullar üzrə müsbət dinamika var. Qızıl ixracı artıb, meyvə-tərəvəz ixracında yüksəliş müşahidə olunub, pambıq ixracı da artıb. Bütövlükdə qeyri-neft sektorunun ixracında faiz ifadəsində kifayət qədər ciddi artım qeydə alınıb. Mənim bildiyimə görə, bu artım 30 faizə yaxın olub.

Bu, müsbət tendensiyadır. Dövlətin həyata keçirdiyi siyasətin, xüsusilə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ixrac potensialının artırılması istiqamətində görülən işlərin nəticəsini burada aydın şəkildə görmək mümkündür.

İdxalın azalmasına gəldikdə isə, bunun əsas səbəblərindən biri bildiyimiz kimi, 2026-cı il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərə tətbiq olunan 0 faizlik ƏDV güzəştinin ləğv edilməsidir. Bu dəyişiklik 2025-ci ildə əvvəlcədən elan olunmuşdu. Bu səbəbdən 2025-ci ildə avtomobil bazarında müəyyən canlanma baş verdi və insanlar güzəştlərdən yararlanmaq üçün daha çox avtomobil idxal etdilər. Nəticədə həmin il avtomobil idxalında əhəmiyyətli artım müşahidə olundu.

2026-cı ildə isə bu güzəştlərin aradan qaldırılması fonunda avtomobil idxalında azalma qeydə alındı. Məsələn, elektrik mühərrikli avtomobillərin idxalında 30 faizə qədər azalma müşahidə olunub. Bunun əsas səbəbi ötən il güzəştlərin qüvvədə olması və 2025-ci ildə həmin avtomobillərin idxalının əhəmiyyətli dərəcədə artmasıdır.

Bundan əlavə, gömrük və idxal əməliyyatları sahəsində hökumətin həyata keçirdiyi siyasətin də burada müəyyən rolu var. İxracın stimullaşdırılması, yerli istehsalın dəstəklənməsi və müəyyən məhsullar üzrə bir neçə il əvvəl tətbiq edilmiş idxal güzəştlərinin dövrün tələblərinə uyğun olaraq yenidən nəzərdən keçirilməsi idxal göstəricilərinə təsir göstərir.

Biz görürük ki, idxalın azalmasına baxmayaraq, istehlak məhsulları, avtomobillər və digər məhsullar üzrə müəyyən dəyişikliklər müşahidə olunur. Bununla yanaşı, texnologiya və digər məhsullar üzrə idxalda sabitlik də nəzərə çarpır.

Makroiqtisadi göstəricilərimizin də yaxşılaşdığını müşahidə edirik. Tədiyə balansında profisit var və büdcə göstəricilərində də müsbət proseslər gedir. İki-üç il bundan əvvəl makroiqtisadi göstəricilərə, xüsusilə tədiyə balansına nəzər saldıqda müəyyən risklər və kəsir meyilləri müşahidə olunurdu. Hazırda isə qeyri-neft sektorunun artımı müsbət tendensiya kimi diqqəti çəkir. Makroiqtisadi göstəricilərimizin yaxşılaşmasının səbəblərindən biri də qanunvericilikdə, o cümlədən Vergi Məcəlləsində və Gömrük Məcəlləsində dövrün tələblərinə uyğun olaraq mütəmadi dəyişikliklərin aparılmasıdır.

Bu proseslər müəyyən mənada manatın məzənnəsinə də müsbət təsir göstərə bilər. Hazırda əminliklə demək olar ki, manatın məzənnəsi ilə bağlı əməliyyatlar və statistik göstəricilər nəzərə alındıqda, makroiqtisadi göstəricilərimizin müsbət olması milli valyutanın məzənnəsinə də müsbət təsir göstərir. Ümumilikdə, makroiqtisadi göstəricilərimiz müsbətdir və həyata keçirilən iqtisadi siyasət öz nəticəsini verir.

Bu baxımdan, yeni güzəştlər tətbiq olunur, mövcud güzəştlər isə yeni iqtisadi reallıqlara və iqtisadiyyatın inkişaf səviyyəsinə uyğun olaraq yenidən nəzərdən keçirilir. İnanıram ki, həyata keçirilən bu dəyişikliklər öz nəticəsini verəcək və artıq verməkdədir.

Eyyub KƏRİMLİ,
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri

Burada vacib məqam ondan ibarətdir ki, ümumi ixrac göstəricilərinə yalnız neft-qaz amili prizmasından baxmaq düzgün olmaz. Son illərdə Azərbaycanın qarşısında duran əsas strateji hədəflərdən biri ixracın şaxələndirilməsi və qeyri-neft məhsullarının xarici bazarlarda payının artırılmasıdır.

Qeyri-neft ixracında kənd təsərrüfatı və emal məhsulları, kimya sənayesi, alüminium və digər metallurgiya məhsulları, elektrik enerjisi, plastmas və ondan hazırlanan məhsullar kimi istiqamətlərin rolu artır. Sənaye parklarının fəaliyyətinin genişlənməsi və ixracyönümlü istehsala dövlət dəstəyi də bu prosesə müsbət təsir göstərir. Buna görə qeyri-neft sektorunun genişlənməsi ixracın strukturunun tədricən daha çox diversifikasiya olunmasına imkan verir.

İdxalın azalmasını qeyri-neft sektorunun inkişafı ilə indiki dövrdə müəyyən qədər əlaqəlidir. Yerli istehsal genişləndikcə əvvəllər xaricdən alınan bəzi məhsulların ölkə daxilində istehsalı artır və bunun nəticəsində idxalı əvəzləmə effekti yaranır. Xüsusilə ərzaq, kənd təsərrüfatı, tikinti materialları və bəzi sənaye məhsullarında yerli istehsalın artması idxal tələbinə azaldıcı təsir göstərə bilər.

Nəticə etibarilə, Azərbaycanın qarşıdakı dövrdə əsas məqsədi təkcə yüksək xarici ticarət profisitini qorumaq deyil, neftdənkənar ixracı artırmaq, idxalı əvəz edən rəqabətqabiliyyətli yerli istehsalı genişləndirmək və xarici ticarətin strukturunu daha çox qeyri-neft sektorunun xeyrinə dəyişmək olmalıdır.

Nurlan ABDALOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Avqust 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see385

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see309

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see279

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see263

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see256

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see250

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see249

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see244

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see241

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see236

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see225

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see205

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see204

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see200

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see199

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see195

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see187

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see184

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see177

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri