Icma.az
close
up
RU
Milli toleranlıq mühiti sabitlik və inkişafı möhkəmləndirir

Milli toleranlıq mühiti sabitlik və inkişafı möhkəmləndirir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət məkanı olmub. Çoxmillətli, çoxkonfessiyalı ölkə kimi tolerantlıq və dözümlülük ideyaları üzərində qurulmuş Azərbaycan dövləti bu gün bütün dünyaya multikulturalizm nümunəsi təqdim edir. Ölkəmiz dinlərarası münasibətlərin ən səmərəli, ən xeyirxah forması olan güclü platforma yaradıb və inkişaf etdirib.

Müasir Azərbaycanda tolerantlıq daha da möhkəmlənən, təkcə bütünlükdə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində ehtiva olunan önəmli bir dəyərə çevrilib və milli sərvət olaraq qəbul edilir. Azərbaycan Konstitusiyasında qeyd edilib ki, milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyi təmin edilir. “Dini etiqad azadlığı haqqında” qanunda tda eyni prinsiplər təsbit olunub. Eyni zamanda, ölkəmizdə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb.

Ümummilli ider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası özündə ölkədəki bütün xalqların və etnik qrupların birliyini, həmrəyliyini əks etdirir. Ulu Öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən, dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun olaraq tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatında, dini-mənəvi, əxlaqi-etik dəyərlərin cəmiyyətin priaritet yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər göstərərək bu sahədə özündən sonra böyük siyasi irs və dövlətçilik təcrübəsi miras qoyubdur. Onun təşəbbüsü ilə Azərbaycanda və ümumilikdə, regionda ilk dəfə 16 noyabr tarixinin Beynəlxalq tolerantlıq günü kimi qeyd edilməsi, bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüş keçirilməsi ənənəsi geniş yayılıb.

Respublikamızda məscidlərlə yanaşı, kilsə və sinaqoqların, dini abidələrin qorunması, təmiri və bərpası təmin olunur, bütün ənənəvi dini icmaların fəaliyyəti davamlı dəstəklənir, multikultural həyat tərzi dinlər və məzhəblərarası müstəvidə inkişaf edir. Müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat şəkildə yerinə yetirə bilmələri üçün münbit şərait mövcuddur. Milli azlıqların öz bayramlarını qeyd etməsi, hətta həmin günlərin ölkə başçısı tərəfindən təbrik edilməsi ənənəsi müxtəlif dini konfessiyaların rəhbərləri tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan xalqının multikultutral ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasət son illərdə Prezident İlham Əliyev tərəfindən inamla  inkişaf etdirilir. “Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir” - deyən dövlət başçısının bu fikirləri ölkəmizdə dərin köklərə malik olan tolerantlığın xalqımızın xarakterik cəhətlərindən biri olması, zərurətdən irəli gələn hər hansı konsepsiya deyil, bir həyat tərzi və mədəniyyət olmasını əks etdirir.

Ölkəmizdə tolerantlığın sarsılmaz arxitekturasının möhkəmlənməsi milli-etnik rəngarənlik fonunda dözlət-özəl, biznes, idarəetmə və digər sektorlarda həmrəliyi də gücləndirir. Məhz bu həmrəylik və qardaşlığın nəticəsidir ki, Azərbaycanda müxtəlif millətlərin nümayəndələri cəmiyyətin ayrı-ayrı sahələrində fəal şəkildə təmsil olunaraq ölkəmizin inkişafına əvəzsiz töhfələr verir, dövlət strukturlarında ən yüksək vəzifələrdə çalışaraq milli mənafeyimizin qorunmasında layiqlə xidmət göstərirlər. Tarixi Zəfərin qazanılmasında da məhz bu milli birlik, tolerantlıq mühüm rol oynadı.

Azərbaycanda mövcud olan milli-mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühiti sayəsində ölkəmiz çoxmillətli və çoxkonfessiyalı ölkə, qlobal miqyasda mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. Dünyanın bir çox coğrafiyalarında irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülh və onun qorunmasında Azərbaycanın yürütdüyü siyasət, yaratdığı tolerantlıq modeli öz faydalarını göstərməkdədir. Müasir dövrdə beynəlxalq aləmdə baş verən xoşagəlməz hadisələr artır, qeyri-multikultural davranışlar bu mənfi tendensiyaları daha da şiddətləndirir. Bu, bir daha dünyada sabitliyi qorumaq üçün insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın təmin olunmasının, çoxmədəniyyətliliyin, tolerantlığın vacibliyini ortaya çıxarır. Çünki digər dinlərin nümayəndələrinin adət-ənənələrinə, həyat tərzinə və düşüncələrinə hörmətlə yanaşılmayan cəmiyyətdə sabitliyə və inkişafa nail olmaq qeyri-mümkündür. Məhz bu baxımdan Azərbaycan regionda sabitlik adası kimi dəyərləndirilir.

Multikultural humanizm diplomatiyasının uğurlarında sözsüz ki, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın misilsiz fəaliyyətini də qeyd etmək lazımdır. Onun müasir dünya mədəniyyətinə, humanitarizmə münasibəti və əvəzsiz xeyriyyəçilik fəaliyyəti beynəlxalq cəmiyyət tərəfindən bəyənilir, müxtəlif sosial, siyasi və iqtisadi qruplar tərəfindən mənəvi dəstək obyektinə çevrilir. 2006-cı il noyabrın 24-də CESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüş ilk qadın ictimai xadim olan Mehriban Əliyeva milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti ilə humanizmin, sivilizasiyalar arasında dialoqun möhkəmlənməsində, tolerantlığın təşviqində xüsusi rol oynayır.

Bu gün Azərbaycanın sahibi olduğu tolerantlıq, multikulturalizm örnəyi bütün sülhpərvər dünyada təqdir olunur, qitə və ölkələrdə nəcib ideya kimi qarşılanır.

Yeganə Bayramova

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə

“Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Avqust 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri