Icma.az
close
up
RU
Milli təhlükəsizlik və sabitlik amilləri

Milli təhlükəsizlik və sabitlik amilləri

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər bir xalqın tarixində elə dövrlər olur ki, bu dövrlərdə atılan addımlar bütöv bir tarixin istiqamətini dəyişir. Xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini quraraq inkişaf etdirmək isə ən böyük nailiyyətdir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğallara, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik və dövlətçilik əzmini sarsıda bilmədi.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali xüsusiyyətini ifadə edir, sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum idi.Suveren dövlət öz daxili və xarici işlərində tam muxtariyyətə və öz müqəddəratını təyin etməyə malik olan siyasi qurum kimi müəyyən edilir. Bu konsepsiya beş vacib elementlə xarakterizə olunur: müəyyən edilmiş ərazi, daimi əhali, xarici nəzarətdən azad hökumət, xarici güclərdən müstəqillik və digər dövlətlərlə əlaqələr qurmaq imkanı. Suverenlik dövlətin mövcudluğunun hüquqi əsası və onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərti kimi çıxış edir. Başqa cür desək, dövləti təşkil edən ərazi, əhali və siyasi hakimiyyət kimi obyektiv amillər hüquqi müstəvidə nəzərə alınır. Lakin bu atributları özündə ehtiva edən hər-hansı siyasi varlığın dövlət qurması üçün mütləq şəkildə suverenlik xüsusiyyətinə malik olması qaçılmaz şərtdir. Suverenlik dövlətin mövcudluğunun və institusional davamlılığının əsas şərti kimi çıxış edir. Həmçinin suveren dövlət müasir dövlət anlamına gəlir. Əgər bu gün kimsə “müasir dövlət” terminini işlədirsə bu, siyasi müstəvidə suveren dövləti ifadə edir.
Azərbaycan da uzun illər ərzində müxtəlif çətinliklərlə üzləşsə də, müstəqillik arzusu heç vaxt sönmədi. 1991-ci il oktyabrın 18-də qəbul edilən Konstitusiya Aktı ilə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. İlk illərdə ölkə ciddi çətinliklərlə üzləşsə də, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyin qorunub saxlanmasını və dönməzliyini təmin etdi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə nüfuz qazandı, iqtisadi inkişafın əsası qoyuldu və “Əsrin kontraktı” kimi mühüm layihələr reallaşdırıldı. Suverenlik dövlətin varlığını, onun müstəqilliyini və beynəlxalq münasibətlərdə iştirakını təmin edən əsas şərtdir və bu suverenlik ölkəmizdə Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə daimiliyini və sarsılmazlığını təmin etdi.
Azərbaycan xalqı bu yolda-suverenlik yolunda çox böyük sınaqlardan keçib. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edildi, minlərlə soydaşımız məcburi köçkün oldu, Xocalı soyqırımı kimi faciələr yaşandı.
2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Prezidentin fərmanı ilə ölkədə hərbi vəziyyət və qismən səfərbərlik elan edildi. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, strateji yüksəklikləri işğaldan azad etdi.
10 noyabr 2020-ci il üçtərəfli bəyanatından sonra Ermənistan beynəlxalq humanitar hüquqa zidd olaraq minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina edir. Bunun nəticəsində azad olunmuş ərazilərdə mütəmadi mina partlayışları baş verir. 2020-ci ildən bəri 23 mülki şəxs həlak olmuş, 36 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdır.
Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına məxsus ərazilərdə, Cənubi Qafqazın dənizə çıxışı olmayan regionunda Ermənistan və erməni diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, lakin BMT-yə üzv olan heç bir dövlət tərəfindən tanınmayan qondarma rejimin Qarabağda fəaliyyəti qeyri-qanuni idi və suveren dövlət daxilində qəbuledilməz vəziyyət yaradırdı. Bu durum Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş suverenliyini şübhə altına qoymasa da, onun ali hakimiyyət və nəzarət funksiyalarını məhdudlaşdırırdı.
Azərbaycan isə qətiyyətli addım ataraq 2023-cü ilin 23 aprelində Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu addım hakimiyyətin aliliyinin və nəzarət imkanlarının tam icrasına təminat verdi və 44 günlük Vətən müharibəsindən sonra əldə edilən növbəti tarixi nailiyyət oldu. Həkəri çayı üzərində qurulan “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi ilə Azərbaycan beynəlxalq sərhədləri boyunca suveren hakimiyyətini və ərazi bütövlüyünü tam bərpa etdi.
2023-cü ilin 19 sentyabrında isə Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin qalıqlarını tərk-silah etmək və həmin ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal antiterror tədbirləri həyata keçirildi. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri peşəkarlıqla icra etdi. 20 sentyabrda qondarma rejimin özünü buraxması ilə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün ərazilərində suverenliyi tam şəkildə təmin olundu və hakimiyyətin aliliyi bərpa edildi.
Bu hadisələr Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ kimi dəyərləndirilir. Müstəqilliyini bərpa etdikdən sonra işğal, təcavüz və beynəlxalq təzyiqlərlə üz-üzə qalan Azərbaycan, bütün atributları ilə suveren dövlət kimi mövqeyini təsdiqlədi. Xalqımızın həyatında əlamətdar əhəmiyyət kəsb edən bu qətiyyətli Zəfər nəticəsində isə Azərbaycanın üçrəngli Dövlət Bayrağı suverenliyin tam təmin olunduğu bütün ərazilərdə qürurla dalğalanır.
Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində isə Qarabağ iqtisadi rayonunda dövlətin konstitusiya quruluşu və suverenliyi tam bərpa edilmişdir. Bununla da Azərbaycanın müstəqillik tarixinə yeni bir şanlı səhifə yazılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən, hər il 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu gün xalqımızın mübarizliyinin, şəhidlərimizin qanı bahasına qazanılmış Qələbənin və dövlətçiliyimizin əbədiliyinin simvoluna çevrilmişdir.

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri