Icma.az
close
up
RU
Azərbaycandakı dini və milli tolerantlıq mühiti dünyaya nümunədir

Azərbaycandakı dini və milli tolerantlıq mühiti dünyaya nümunədir

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir beynəlxalq münasibətlər sistemində münaqişələrin və gərginliyin artması ilə əlaqədar sülhün əldə edilməsinin müxtəlif formulları axtarılır.

Belə bir şəraitdə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşkili ən vacib meyar hesab edilə bilər. 

Regional münaqişələrin aradan qaldırılması, terrorizmə son qoyulması, dini və milli tolerantlıq, sülh, sabitlik və mehriban şəraitində birgəyaşayış qeyd edilən dialoqun başlıca prioritetlərini təşkil edir.

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin daima gündəmə gətirdiyi mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulması daha aktual qlobal mövzuya çevrilir.

Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində sülhün, təhlükəsiziliyin və tolerantlığın təşviqinə həsr olunmuş beynəlxalq tədbirlər keçirilib, eləcə də beynəlxalq platformalarda bununla bağlı Azərbaycanın dövlət başçısı yadda qalan çıxışlar edərək, səmərəli təkliflər verib.

2008-ci ildə Azərbaycan Prezidenti tərəfindən mədəniyyətlərarası dialoqun təbliğinə və möhkəmləndirlməsinə xidmət edən “Bakı Prosesi” beynəlxalq təşkilatlar tərəfindən alqışlanmaqla yanaşı, 180 ölkədə maraqla qarşılandı.

Məhz bunun əsasında 2011-ci ildə Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. 

Prezident İlham Əliyevin 2011-ci il aprelin 7-də Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı söylədiyi nitq Azərbaycanın bu sahədəki fəaliyyətinin məqsəd və istiqamətlərini müəyyənləşdirməyə kömək edir, dövlət başçısının sülhə, təhlükəsizliyə və həmrəyliyə verdiyi töhfələri nümayiş etdirir:

“Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilmişdir. Əlbəttə, bunun həm coğrafi, həm tarixi, həm də mədəni əsasları vardır.

Çünki əsrlər boyu Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır”.

Dialoq, sülh və tolerantlıq təşəbbüslərinin Azərbaycan dövləti tərəfindən daima diqqətdə saxlanılması Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi prosesində beynəlxalq ictimai rəyin formalaşmasına müsbət təsir göstərən vacib amillərdən biri kimi çıxış edir. 

Beynəlxalq ictimaiyyətdə Azərbaycanın işğala, soyqırıma, milli və dini ayrıseçkiliyə məruz qalan tərəf olduğuna dair aydın təsəvvür yaranıb. Lakin azərbaycanlılar sülhsevər xalq kimi ermənilərlə yaxın qonşuluq və mehriban dostluq şəraitində yaşamağa hazır olduğunu indi də bəyan edir.

Bölgədə sülhə və sabitliyə nail olmaq üçün Prezident İlham Əliyevin liderliyi altında fəal diplomatik səylər həyata keçirlir. Bu baxımdan, 2024-cü il mayın 1-də Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirlməsi xüsusi qeyd edilməlidir. 

“Əsas məqsədlərimiz dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır və onlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq.

Azərbaycan zəngin mədəniyyəti, etnik və dini müxtəlifliyi, tolerantlığın tarixi ilə öz mədəniyyətini dünya üçün ümid məşəli kimi ürəkdən təklif edir”, - deyə dövlət başçısı İlham Əliyev qeyd edib.

Azərbaycanda bir sıra müxtəlif millətlərə və dinlərə mənsub azsaylı xalqların, etnik qrupların yaşadığını nəzərə alsaq, Prezident İlham Əliyevin təşəbbüskarı olduğu Mədəniyyətlərarası Dialoq Forumu tolerantlığın təmin olunması, etnik-mədəni müxtəlifliyin qorunmub saxlanılması  istiqamətində ictimai əhəmiyyətə malik mühüm platformadır. 

Çünki dövlət başçısının bu sahədə göstərdiyi uzunmüddətli və səmərəli fəaliyyət nəticəsində Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınıb. 

Eyni zamanda, Azərbaycan Prezidenti milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət yetirir. İşğaldan azad edilmiş ərazilərdə tarixi və dini abidələrin, qədim binaların bərpasının ilk görülən işlər sırasında yer alması dövlət başçısının milli-mənəvi dəyərlərə bağlılığının nümunəsidir. 

Müasir dünyada qlobal risqlərin və problemlərin getdikcə artması dövlətlər və xalqlar arasında əməkdaşlığı daha çox zəruri edən əlavə səbəblər yaradır. Yeni yaranaan münaqişələr, pandemiyalar, qlobal iqlim dəyişmələri, miqrasiya kimi problemlərin həllinin zəruriliyi Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini artırır. 

Bu kontekstdə BMT-nin Qlobal İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) noyabr ayında Bakı şəhərində keçirilməsi Azərbaycanın dünyada rolunun artmasından xəbər verir. 

Prezident İlham Əliyevin liderlik etdiyi Azərbaycan dövləti ümumbəşəri dəyərlərə üstünlük verir, zorakılığa, milli, dini və irqi ayrıseçkiliyə son qoyulmasını təşviq edir.

Son vaxtlar neokolonizmə son qoyulması, ada dövlətlərin və azsaylı xalqların hüquqlarının imperialist dövlətlər tərəfindən əzilməsinə son qoyulmasının vacibliyi Azərbaycan Prezidenti tərəfindən həllini gözləyən problem kimi qaldırılır.

Millətlərarası və dinlərarası münasibətlərin sağlam zəmində qurulması, irqi ayrıseçkiliyə yol verilməməsi, qlobal təhdidlərə qarşı mübarizədə birgə əməkdaşlıq Azərbaycan Prezidentinin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq siyasətinin konseptual əsaslarını, öz növbəsində fəaliyyət prinsiplərini təşkil edir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Dekabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri