Millidəki komanda yoldaşı Ronaldunun klubuna keçdi RƏSMİ
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Portuqaliyalı hücumçu Joau Feliksin yeni iş yeri rəsmən bəlli olub.
Fanat.Az xəbər verir ki, 25 yaşlı forvard Səudiyyə Ərəbistanının “Əl-Nəsr” ilə müqavilə imzalayıb.
Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.
Daha öncə tanınmış insayder Fabritsio Romano Feliksin Ər-Riyad təmsilçisi ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atacağını bəyan etmişdi.
Müqavilə ilə "Çelsi"yə məxsus olan Feliks ötən mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirmişdi. "Transfermarkt" portalı onun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.
Nihat
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Millidəki komanda yoldaşı Messinin klubuna keçir
21 İyul 2025 10:35
Qarnaço Ronaldunun komanda yoldaşı olmaq istəmədi
14 İyul 2025 17:11
Braziliyalı ulduz Ronaldunun komanda yoldaşı ola bilər
19 Mart 2025 10:01
Kriştianu Ronaldunun baş məşqçisi qovuldu RƏSMİ
25 İyun 2025 13:30
Fənərbağça Ronaldunun komanda yoldaşını alır
27 Yanvar 2025 17:42

