Millimiz AÇ yə bu heyətlə gedəcək
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Sentyabrın 17-də Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada Avropa çempionatında iştirak edəcəklər.
Azərbaycan Boks Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, 9 gün davam edəcək reytinq xarakterli yarışda yığmamız kişi boksçuların mübarizəsində tam heyətlə çıxış edəcək.
Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayev, Etibar Abdullayev və Mehman Quliyev çempionatda Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (85 kq), Rauf Rəhimov (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.
Qadınların yarışında məşqçi Rafiq İsmayılov Zeynəb Rəhimovanı (54 kq) sınayacaq.
Çempionatda hakim qiymətləndiricisi Anar Babanlı isə ölkəmizin idman şərəfini qoruyacaq.
Qeyd edək ki, Sofiyadakı yarışda 40 ölkədən 400-dən çox boksçunun qüvvəsini sınayacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 14 Sentyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















