“Uşağımı canlı verdim, ölü aldım” Dayə haqda şok iddia+Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda dayəyə əmanət edilən uşaq ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı uşağın anası Ayşən İsmayılova danışıb.
O bildirib ki, ayda 250 manat ödəmək şərtilə övladına dayə tutub.
Onun iddiasına görə, ilkin dövrdə dayənin fəaliyyətindən narazı olmasa da, son günlər uşağın nəzarətsiz qalması nəticəsində uşaq bir neçə dəfə yıxılıb:
“Uşağımı canlı verdim, ölü aldım. Uşaq bir 6-cı gün, bir də 3-cü gün yıxılıb. Məni aldatdı ki, heç nəyi yoxdu. 3-cü gün təkrar gətirib yanına qoyub işə getdim. Yenə yıxıb uşağı. Həkim dedi kəllə-beyin travması alıb”.
Hadisədən sonra uşağı dayənin ailəsi xəstəxanaya aparıb. Mərhumun yaxınları dayənin uşağı döydüyünü iddia edir.
Qeyd edək ki, dayənin kimliyi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Məsələ ilə bağlı Baş Prokurorluqdan isə bildirildi ki, araşdırmanın gedişatına uyğun olaraq məlumat veriləcək.
Daha ətraflı Xəzər TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 Oktyabr 2026 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















