Millimiz Misirdən medalla qayıdır FOTO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Misirdə keçirilən Afrika Duatlon Kuboku yarışlarında Azərbaycan millisinin üzvləri uğurlu nəticələrlə yadda qalıblar.
İdman.Biz xəbər verir ki, Misirdə təşkil olunan Afrika Duatlon Kubokunda elit kateqoriyada çıxış edən Leyla Abduləzizova yarışı fəxri kürsünün 3-cü pilləsində başa vurub. Millinin digər üzvü Toğrul Məmmədli finişə dördüncü, Milanə Xəlilova isə beşinci çatıb.
Afrika Kuboku proqramı çərçivəsində Əli Rzazadə də elit kateqoriyada ölkəmizi təmsil edib. O, Afrika Triatlon Kubokunda yarışın ən gənc iştirakçısı olmasına baxmayaraq məsafəni uğurla tamamlayıb və layiqli nəticə göstərib.
Afrika Aquatlon Kubokunda isə Rzazadə yarışı yeddinci pillədə bitirib.
Beləliklə, milli komanda Afrikada həm medal, həm də yüksək yerlərlə yadda qalan çıxış sərgiləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 15 Fevral 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















