Icma.az
close
up
RU
Millimizin futzalçısı: Biz onları, onlar da bizi yaxşı tanıyır

Millimizin futzalçısı: Biz onları, onlar da bizi yaxşı tanıyır

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Normal hazırlıq keçmişik. Komandada vəziyyət yaxşıdır". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Kənan Manafov deyib.

O, AVRO-2026-nın əsas seçmə mərhələsinin Yunanıstanla sabah keçiriləcək oyunu ərəfəsində fikirlərini azfutzal.az-a açıqlayıb:

"Zədəli və bəzi problemlərə görə komandaya qoşula bilməyən futzalçılarımız oldu. Onların yoxluğuna baxmayaraq, çalışacağıq ki, səfərdən yaxşı nəticə ilə dönək. Rəqibimizi yaxşı tanıyırıq. Son oyunumuzu da onlara qarşı keçirmişik. Bakıdakı matçda hesabı açan tərəf olsaq da, sonradan məğlub duruma düşdük. Halbuki bir neçə epizodda fərqi artıra bilərdik. Əvəzində son dəqiqədə bərabərlik qolunu vurduq".

Manafov rəqib barədə də danışıb:

"Yunanıstan yığması bizdən fərqli olaraq martda artıq bir oyun keçirib. Onlar Xorvatiya millisi ilə qarşılaşıblar. Qrupun favoritinə minimalhesabla yeniliblər. Ümumi götürdükdə, biz onları, onlar da bizi yaxşı tanıyır. Baş məşqçimiz sabahkı oyunda müdafiədə və hücumda necə oynamalı olduğumuzu deyəcək. Əslində, məşq prosesində bunun üzərində işləmişik. Son təlimatları oyunöncəsi məşqdə alacağıq".

Kənan əsas hədəfin qələbə olduğunu qeyd edib:

"Komanda dünən səhər saatlarında Afinaya çatıb. İlk məşqimizi oyunun keçiriləcəyi arenada deyil, başqa məkanda reallaşdırdıq. Bu məşq daha çox uzaq səfərdən sonra bərpa xarakteri daşıyırdı. Yenə deyirəm, məqsəd aydındır. Cari seçmə mərhələdə ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik. Yunanıstan yığması da yaxşı rəqibdir. Xüsusilə də müdafiədə keyfiyyətli oynayırlar".

Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu sabah keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sport24.az
archiveBu xəbər 10 Mart 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri