Millimizin həm Lixtenşteyndən, həm də Litvadan üstün olduğunu düşünürəm
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Millimiz həm Malta, həm San Marino ilə görüşdə yaxşı təsir bağışladı. Baxmayaraq ki, Maltaya uduzduq, amma o oyunda da yetərincə qol imkanlarımız oldu. Sadəcə istifadə edə bilmədik deyə, uduzduq. Yoxsa, futbolçularımız yaxşı oynamışdı. San Marino ilə görüşdə millimiz əzmkarlıq göstərdi. Düzdür, erkən qol buraxdıq. Lakin sonda qələbə qazana bildik. Hər iki matçda qol imkanlarımız çox idi. Sadəcə dəqiq yerinə yetirə bilmirdik. İmkanlardan maksimum istifadə etməlisən ki, qələbə qazanasan. Oyun baxımından millimiz iki oyunda da pis deyildi".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının veteran futbolçusu Emin İmaməliyev deyib.
O, yığma komandamızın hazırkı durumundan bəhs edib. İmaməliyevin fikrincə, Millətlər Liqasında Litva və Lixtenşteynlə görüşlərdə uğur qazanacaq gücdədir: "İnanıram ki, Millətlər Liqasında da millimiz yaxşı oyun sərgiləyərək lider olacaq. Litva və Lixtenşteyn dişimizə uyğun rəqiblərdir. Hətta onlardan üstün olduğumuzu deyə bilərəm. Lixtenşteyndən 100 faiz üstünük. Litva ilə eyni səviyyə ola bilərik, amma hardasa özümü onlardan üstün hesab edirəm. Millimizin Millətlər Liqasını lider başa vuracağına inanıram".
Mirbağırağa
Baxış sayı:80
Bu xəbər 16 İyun 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















