Icma.az
close
up
RU
Millimizin oyunçusu: “Ümid qalmamışdı, amma təslim olmadım”

Millimizin oyunçusu: “Ümid qalmamışdı, amma təslim olmadım”

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu mövsüm mənim üçün çətin sınaq oldu”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Dmitri Baranov deyib.

Sosial şəbəkə hesabında paylaşım edən “Xilasedici”nin 31 yaşlı blokçusu bildirib ki, mövsümün startında bir sıra problemlərlə üzləşib: “Əməliyyat, reabilitasiya, ağrı - hər gün təkcə sağlamlığım üçün yox, həm də xəyallarım üçün mübarizə aparırdım. Demək olar ki, heç ümid qalmamışdı, amma təslim olmadım. Ətrafımda ümidlərdən çox şübhələr olsa da, inanırdım ki, geri qayıda bilərəm. Əsas əməliyyatdan üç ay sonra artıq yenidən meydandaydım. Statistikalar üçün, alqışlar üçün yox - özüm üçün, komandam üçün, bir vaxtlar ilk dəfə top götürən o oğlan üçün. Sadəcə təslim olduqda uduzarsan. Mən təslim olmadım. Bu sözlər hər səhər, hər məşq, hər dəfə meydanda olduğum anın mənasına çevrildi. Mənimlə bu çətin yolu qət edən hər kəsə - ailəmə, məşqçilərimə, həkimlərimə, azarkeşlərimə və “Xilasedici”dəki qardaşlara minnətdaram”.

Azərbaycan çempionatını bürünc medalla bitirən Baranovun sözlərinə görə, artıq millinin düşərgəsinə qoşulmağın zamanıdır: “Bilmirəm qismətimə neçə mövsüm daha yazılıb. Amma ürəyim döyündüyü, ayaqlarım məni daşıdığı müddətcə oynayacağam. Döyüşəcəyəm. Xəyallar quracağam. İndi yeni bir fəsil başlayır - Azərbaycan milli komandası”.

Qeyd edək ki, kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında mübarizə aparacaq. Yarış iyunda start götürəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 May 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri