Icma.az
close
up
RU
Millini Avropa çempionatına kim aparacaq? AÇIQLAMA

Millini Avropa çempionatına kim aparacaq? AÇIQLAMA

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

19 yaşadək futbolçulardan ibarət milli komandanın Avropa çempionatında yeni tsiklə hansı baş məşqçinin rəhbərliyi altında yollanacağı hələ bəlli deyil. Bu yaş qrupu üzrə yığmaya Elxan Abdullayev başçılıq etsə də, son ötən ay seçmə tsikldə çıxışını başa vuran komanda martda başlayacaq yeni mövsümə yenilənmiş heyətlə, hazırda U-18-də çıxış edən futbolçularla başlayacaq. Belədə sual yaranır: U-19 Avropa çempionatına U-18-in çalışdırıcısı İlham Yadullayevin rəhbərliyi altında yollanacaq? 

Bu suala cavab tapmaq üçün Yadullayevlə əlaqə saxladıq. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bəli, U-19 yeni formatda keçiriləcək AÇ-yə hazırda 18 yaşlılarda çıxış edən futbolçularla yollanacaq. İlk mərhələ martda, növbəti raund isə noyabrda olacaq. Bizim müqavilələr dekabrın sonunda bitəcək. AFFA nə qərar verəcək, bilmirəm. Yəqin ki, qarşıdakı günlərdə məsələyə aydınlıq gələr. O cümlədən assosiasiya hazırlıq prosesi, yoxlama görüşləri və sair detalları da açıqlayacaq. Biz də işimizi buna uyğun quracağıq".

Qeyd edək ki, U-19 son seçmə tsikldə Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzaraq, Maltaya isə 2:1 hesabı ilə qalib gələrək qrupu 3-cü yerdə başa vurub. 

Yığma növbəti Avropa çempionatının 2026/2027 mövsümü üzrə I seçmə mərhələsində B Liqasının 6-cı qrupunda yer alıb. Burada rəqiblər Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq. Millimiz Litvada baş tutacaq qrupdakı ilk görüşünü 25 mart 2026-cı ildə meydan sahiblərinə, üç gün sonra isə Şimali İrlandiyaya qarşı keçirəcək.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://fanat.az
archiveBu xəbər 25 Dekabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri