Icma.az
close
up
RU
Millinin dubl edən futzalçısı: Biz burada 12 futzalçı ola bilərik, amma 10 milyonluq...

Millinin dubl edən futzalçısı: Biz burada 12 futzalçı ola bilərik, amma 10 milyonluq...

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Avropa çempionatının ilkin mərhələsində bu gün ilk oyununu keçirən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Kosovonu məğlub edib. Sport24.az xəbər verir ki, 4:1 hesabı ilə yekunlaşan görüşdə dubl edən və əzmkar oyunu ilə seçilən komandamızın üzvü Ədalət Ələkbərovun azfutzal.az-a müsahibə verib.

- Oyunla bağlı təəssüratlarını bölüşərdin...
- Çətin görüş oldu. Bura niyə gəldiyimizi bilirdik. Bakıda olanda da federasiya rəhbərliyi komanda ilə görüşündə mərhələ keçməyin vacibliyini qeyd etdi. Əlbəttə, biz də bu etimadı doğrultmalı idik.

- Sanki iki fərqli hissə oldu. Fasilədə baş məşqçi nələrə diqqət etməyi tapşırdı?
- San Marinoya dünən gəldik. Əlbəttə, bu qədər yol qət etmək, ardınca məşqə çıxmaq müəyyən qədər yorğunluq yaratmışdı. Məşqçilər əllərindən gələni etdilər ki, oyuna yaxşı köklənək. Birinci hissədə yorğunluğun bir qədər təsiri oldu. Ancaq fasilədə toparlana bildik. Deməzdim həyəcanlı idik. Düzdür, bu cür oyunda ilk dəfə iştirak edirdik. İkinci hissədə demək olar, onlara heç bir şans vermədik. Lazımlı, vacib qələbə qazandıq. İndi bunun davamını gətirməliyik. Hələ işin yarısını görmüşük. Daha vacib oyun San marino ilə matçdır.

- Bu U-19-un ilk qələbəsi kimi tarixə düşdü. Statistika necə, motivasiya baxımından təsir etdimi?
- Biz burada 12 futzalçı ola bilərik, amma 10 milyonluq Azərbaycan kimi qalib bir ölkəni təmsil edirik. Gözəl ölkəmizə ancaq qələbələr yaraşır. Bunu bacardığımıza görə çox şadıq. Ancaq rahatlaşmaq olmaz.

- Dubl etdin. Hər iki qoldan sonra xüsusi jestlə diqqət çəkdin. Bu qolları kimə ithaf etdin?
- Dünyasını dəyişən atamın adının baş hərfini – M (atasının adı Məzahirdir) - tutdum. Əvvəlcədən söz vermişdim, hətta ailəmə - anama, qardaşıma, bacıma bildirmişdim ki, qol vursam, bu jesti edəcəm. Çox şükürlər olsun ki, ilk növbədə qələbə qazandıq və mən də arzuma çatdım. Valideyinin əziyyətini heç bir övlad itirə, unuda bilməz.

- Növbəti rəqib meydan sahibi San Marinodur. Onların oyununu izləmisiniz. Bu rəqiblə bağlı nələri qeyd etmək istərdin?
- Bizim üçün dəyişən rəqibin adıdır, amma oyuna yanaşma, intizam yerində olacaq. Bu gün qələbə qazandıq. Artıq bunu unutmalıyıq. Çünki ikinci oyun da önəmlidir. Məqsədə çatmaq üçün meydanı qalib tərk etməliyik. San Marino meydan sahibidir, azarkeşləri qarşısında oynayacaq. Biz də öz oyun üslubumuza sadiq qalacağıq, qələbə qazanmaq üçün hər şeyi edəcəyik.

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sport24.az
archiveBu xəbər 26 Yanvar 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri