Icma.az
close
up
RU
MİLORAD PAVİÇ HAQQINDA

MİLORAD PAVİÇ HAQQINDA

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Etibar ƏLİYEV

Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 15-də Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər.

Milorad Paviç məşhur yuqoslav-serb şairi, proza ustası, posmodernizm və magik realizm cərəyanlarının nümayəndəsidir. O, “Xəzər sözlüyü” əsəri ilə dünya şöhrəti qazanıb. Əsər lüğət strukturuna malikdir və özünün yazdığı kimi “bu roman leksikondur, özündə 100.000 söz ehtiva edir, əlifbadan asılı olaraq müxtəlif dillərdə müxtəlif cür bitir.” Bu kitab 1984-cü ildə kişi və qadın versiyalarında yazılıb və oxucu versiyanı seçməkdə azaddır. Paviç: “Məndən soruşurlar ki, kişi və qadın nüsxələri nə ilə fərqlənir? Məsələ burasındadır ki, kişilər kainatda dünyanı öz “mən”lərindən kənarda duyurlar, qadınlar isə kainatı öz daxili aləmlərində gəzdirirlər.”

“Xəzər sözlüyü” qırmızı, yaşıl, sarı olmaqla üç kitabdan ibarətdir. Hər kitab Xəzər xaqanlığı tarixinin müstəqil versiyasıdı. Kitabın süjetinin əsasında xəzərlərin dini mənsubiyyət məsələsi durur və oxucuya da bu məsləyə xristian, müsəlman və iudazim baxış acısından boylanmaq təklif edilir.

Kitabxanama baxıram: Milorad Paviçin əsərləri sırasında “Belqradın bioqrafiyası” kitabını yüksək dəyərləndirirəm. Bu kitabdan: “Mən 1929-cu ildə anadan olmuşam. İlk dəfə mərmilər ətrafımıza düşəndə 12 yaşım var idi. İkinci dəfədə isə 15 yaşım tamam olmuşdu. Bu iki bombardmanların arsında işğal olunmuş ərazidə məcbur qalıb alman dilini öyrəndim. Biz ingilis-amerika bombardmançılarından xilas olduqdan sonra çar Rusiyasının ordusundan mühacir həyatı yaşayan bir rus zabitindən isə rus dilini öyrəndim. Bu gün mən başa düşürəm ki, xarici dilləri öyrənməklə tamam başqa adamlara çevrildim”.

Paviç yazır ki, yeni 100 illik onun üçün 1999-cu ildə başladı: “Həyatımda 3-cü dəfə bombardmanın şahidi oldum. NATO qoşunlarının Belqradı bombalamasını nəzərdə tuturam. Mən heç vaxt öldürmədim, ancaq məni ölümümdən xeyli əvvəl öldürdülər.”

Böyük yazıçı Yuqoslaviyanın bioqrafiyasını yazmaq üçün düşündrücü üslub seçib. Özünün dediyi kimi tez-tez dağıdılan Belqrad dünyanın ən qədim şəhərlərindən biridir və bu şəhərin bioqrafiyası yazılmalıdır. Düşünürəm ki, Şuşamızın da yeni “Bioqrafiya”sının yazılmasının vaxtı gəlib çatıb.

Kitabxanamda olan Paviçin 3-cü kitabının adı “Muşka”dır. Bu kitab gizlədilmiş nəsnələr və açarların köməyi ilə daşlarda, rənglərdə aşkarlanan qəribə və qorxulu sevgi öyüdləridir. Paviçə görə hər bir dövlətin öz dili var. Dilin isə öz qrammatikası. Romanın da dövlət kimi coğrafi xəritəsi var. Bu xəritə onun dilidir: “Yazılı dildə xəttilik danışıq dili üçün yetərli deyil. Ədəbi dil bizim fikirlərimizi, yuxularımızı, hisslərimizi və xatirələrimizi özünün düzxətli sisteminə itələyir. Bu isə zəif sürətdir. Bütün bunlar qeyri-xətti təhkiyəni yaratmaq cəhdlərini artırır. Ədəbi təhkiyəni dilin xəttiliyindən xilas etməyin vaxtıdır”.

Bəli, Paviçi Serbiyada qeyri-xətti təfəkkürünə görə çox sevirlər...

Serblərlə dostluq etmək qürurvericidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Fevral 2026 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see623

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see270

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see258

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see247

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see232

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see229

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see219

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see217

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see210

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see204

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see196

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see192

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see185

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see185

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see181

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see179

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see177

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see173

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri