Icma.az
close
up
RU
Milyonlarla azərbaycanlı təhlükədə: bu ərazilər hədəfdədir Pis ssenari

Milyonlarla azərbaycanlı təhlükədə: bu ərazilər hədəfdədir Pis ssenari

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlar Ağ Ev və Tehran arasında gərginliyin artması fonunda verilən əsas proqnoz İrana hərbi müdaxilənin qaçılmaz olmasıdır. ABŞ Prezidenti Donald Trampın İranın ali rəhbəri Əli Xameneiyə məktubu və onun soyuq cavabı gərginliyi daha da artırıb. Artıq Təl-Əviv və Vaşinqtonun İrana hücuma hazılaşdığı deyilir. Mümkün müharibə fonunda bu ölkədə yaşayan azərbaycanlıların da taleyi narahatlıq doğurur.

Qonşu ölkədə baş verə biləcək münaqişənin Azərbaycana hansı təsirləri ola bilər? Ehtimal təhlükədən müdafiə üçün nə kimi tədbirlər görülür? Bu halda İranda yaşayan azərbaycanlıların ölkəmizə köçü gözlənilirmi?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İsrailin İrana hücum edəcəyi ilə bağlı ehtimallar yenə də gündəmdədir:

“Trampın təkrar hakimiyyətə gəlməsi ilə əlaqədar bu fikirlər bir qədər də güclənib. Məlum olduğu kimi, ABŞ-da Co Baydenin prezidentliyi dövründə İsrail ciddi cəhdlərinə baxmayaraq İrana hücum üçün tələb olunan dəstəyi ala bilmədi. Vaşinqtonun dəstəyi olmadan təkbaşına bu addımı atmaq Təl-Əvivin imkanları xaricindədir. Bu dəfə isə Ağ Evin yeni rəhbəri Trampın İsrail hökuməti və Baş nazir Benyamin Netanyahu ilə yaxın münasibətdə olmasını Təl-Əvivin tələb etdiyi dəstəyi alacağına işarə kimi qiymətləndirirlər. Amma müharibə aktı baş verməyincə heç kim bunun olacağını qəti şəkildə deyə bilməz. Çünki İranla müharibə Yaxın Şərqdə vəziyyətin ciddi şəkildə nəzarətdən çıxaması kimi qiymətləndirilir.

Region dövlətləri belə vəziyyətə hazırdırmı? Hesab edirəm ki, İsraildən başqa Yaxın Şərqin heç bir ölkəsi İranla müharibədən faydalı çıxacağını düşünmür və onlar da Trampın Tehranla dialoquna üstünlük verməsini müsbət qarşılayırlar”.

ABŞ-ın Yəmən və husilərə raket zərbələri endirməsini İranla müharibənin daha da yaxınlaşması kimi qiymətləndirənlər var. Amma fikrimcə, ABŞ və İsrail İranla müharibəyə hazırlaşırlarsa, indiki halda öz güclərini Yəmənə sərf etməkdənsə,  ehtimal müharibə üçün qoruyub saxlayardılar. Düşünürəm ki, husilərə hücum İrana qarşı müharibə ehtimalını bir qədər uzaqlaşdırır. Amma yenə də Trampın siyasəti və qəbul edəcəyi qərarla bağlı dəqiq fikir söyləmək çətindir”.

Politoloq bildirib ki, region ölkələrindən fərqli olaraq İranda milyonlarla soydaşımızın yaşaması bizə özünəməxsus situasiya yaradır:

“Biz İrana qarşı ola biləcək müharibənin qəti əleyhinəyik və nəticədə soydaşlarımızın ciddi ziyan çəkəcəyini düşünürük. Dövlətimiz oradakı azərbaycanlıların düşdüyü şəraitə etinasız qalmayıb və bundan sonra da qalmayacaq. Məhz ona görə də Azərbaycan İsraillə münasibətlərindən istifadə edərək gözlənilən müharibənin qarşısını almağa çalışır. Əgər bu cəhdlər alınmasa, xalqımız Arazın o tayındakı həmyerlilərimizlə birlik olacaq, onların əzab-iztirablarını yüngülləşdirmək üçün əlindən gələn bütün imkanlardan istifadə edəcək.

Azərbaycan tərəfindən atılacaq addımları indidən proqnozlaşdırmaq olduqca çətindir. Amma heç şübhəsiz bu barədə hökumətdə nəzərdə tutulan tədbirlər planı var. Biz İranda yaşayan azərbaycanlıların mümkün müharibədən daha az ziyanla çıxmasına çalışmalıyıq. Bununla belə orada yaşayan bütün xalqlara, millətlərə insanlıq naminə lazım gələn yardımı edəcəyik.

İran və İsrail arasında müharibə başlasa, Azərbaycan bu ölkəyə coğrafi yaxınlığı, İsraillə strateji tərəfdaşlığı və mürəkkəb regional ittifaqları səbəbindən çox həssas vəziyyətlə üz-üzə qalacaq. Belə bir ssenariyə hazırlaşmaq çoxşaxəli yanaşma, hərbi hazırlıq, diplomatik manevr, iqtisadi dayanıqlıq və daxili təhlükəsizliyin tarazlaşdırılmasını tələb edir”.


Əlimusa İbrahimov

Ə.İbrahimov Azərbaycanın sözügedən müharibəyə hazırlığı üçün bəzi  variantların nəzərdən keçirilə biləcəyini deyib:

“Azərbaycanın İsraillə sıx təhlükəsizlik əlaqələri olduğundan, İran bunu potensial təhlükə və ya hətta Təl-Əvivin əməliyyatları üçün başlanğıc meydanı kimi görə bilər. Hava Hücumundan Müdafiə Sistemləri Təkmilləşdirilməli, İranın potensial hava hücumlarına və ya dron hücumlarına qarşı çıxmaq üçün raketdən müdafiə sistemləri hazır vəziyyətə gətirilməlidir

Təhlükəsiz tədbirləri: Neft və qaz obyektlərini, hərbi bazaları və nəqliyyat marşrutlarını qorumaq üçün əlavə tədbirlər görülməlidir, çünki onlar hədəf kimi seçilə bilər.

Transsərhəd müdaxilələrinin və ya təxribatın qarşısını almaq üçün İranla sərhədə əlavə qüvvələrin yerləşdirilməsi də mümkündür.

Azərbaycan münaqişədən qaçmaq üçün diqqətli diplomatik yanaşmaya əl atmalıdır. Strateji müttəfiqlərlə təhlükəsizlik əlaqələrini gücləndirərkən ictimai şəkildə tərəf tutmaqdan uzaq durmalıdır.

Müharibə baş verərsə, Azərbaycanın əsas müttəfiqi kimi Türkiyənin dəstəyi əvəzedilməz olacaq. Birgə hərbi koordinasiya və kəşfiyyat məlumatlarının daha da gücləndirilməsi əsas şərtdir”.

Politoloq deyib ki, Rusiyanın həm İranda, həm də Azərbaycanda maraqları olduğundan, arzuolunmaz təzyiqlərin qarşısını almaq üçün Moskva ilə balanslı münasibətləri saxlamaq vacibdir:

“ABŞ və NATO ilə münasibətləri nəzərdən qaçırmamaq vacibdir. İran Azərbaycana qarşı təhdidləri artırarsa, Qərbin dəstəyini təmin etmək üçün təhlükəsizlik dialoqlarını gücləndirmək lazım gələcək.

İran və İsrail arasında baş verəcək müharibə, qlobal enerji bazarlarında sabitliyi poza və Azərbaycanın enerji ixracına təsir edə bilər. İranın hücumları Fars körfəzinə təsir göstərəcəyi halda, Avropaya bağlı ixracatın Türkiyə və Gürcüstan vasitəsilə təhlükəsiz qalması təmin edilməlidir.

İranın Azərbaycanda tarixi və dini təsiri var, bu təsirdən istifadə edərək daxili qeyri-sabitlik yarada bilərlər. Bunu önləmək üçün Azərbaycan şiə icmalarını hədəfə alan dezinformasiyaya qarşı mübarizə aparılmalıdır.

Tehran tərəfindən dəstəklənən şəbəkələri və ya “yataq hüceyrələrini” aşkar edib sıradan çıxarmaq lazımdır. Bütün icmaların Azərbaycanın milli maraqlarına sadiq qalması təmin edilməlidir. İran Azərbaycana İsrailin müttəfiqi kimi baxarsa, raket zərbələri və ya sərhəddə təxribatlar kimi aqressiv addımlara əl ata bilər.

Bütün bunlar hipotetik müharibə şəraitində istənilən dövlətin öz təhlükəsizliyini təmin etmək üçün görəcəyi tədbirlərdəndir. Ümid edirik ki, qeyd etdiyimiz addımların atılmasına ehtiyac qalmayacaq”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Mart 2025 07:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri