Milyonlarla insana pis xəbər: Rusiyadan pul KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya ilə Azərbaycan arasında ən populyar maliyyə kanallarından birinin fəaliyyətində ciddi məhdudiyyətlər yaranıb.
KONKRET.az xəbər verir ki, “Zolotaya Korona” xidməti vasitəsilə Rusiyadan Azərbaycan, Qazaxıstan və Gürcüstana pul köçürmələrinin edilməsi tamamilə qeyri-mümkün olub. Hazırda sistem üzərindən onlayn köçürmələr yalnız Qırğızıstan, Türkiyə və Özbəkistan istiqamətində aktivdir.
Azərbaycanda fəaliyyət göstərən aparıcı banklardan olan “Unibank” və “Yelo Bank”dan verilən məlumata görə, onlar “Zolotaya Korona” ödəniş sistemini dəstəkləsələr də, xidmətin işində yaranan qlobal problemlər səbəbindən Azərbaycandan Rusiyaya da pul göndərmək müvəqqəti olaraq dayandırılıb.
Ölkənin digər iri maliyyə institutu “VTB Azərbaycan” isə ümumiyyətlə, sözügedən ödəniş sistemi vasitəsilə heç bir köçürmə əməliyyatı həyata keçirmədiyini bəyan edib.
Yaranan bu məhdudiyyətin nə vaxt aradan qaldırılacağı barədə hələlik rəsmi açıqlama verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 24 İyul 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















