Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Milyonlarla pul axıb gedir” Eldar Qasımova reaksiyalar səngimir...

“Milyonlarla pul axıb gedir” Eldar Qasımova reaksiyalar səngimir...

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Avroviziya televiziya yarışmasında iştirak Azərbaycan mədəniyyətinin, incəsənətinin, ümumiyyətlə, sivilizasiyasının Avropa və dünyaya tanıdılması baxımından unikal bir proyektdir. Bu proyektdə Azərbaycan dəfələrlə iştirak edib, azsaylı ölkələrdəndir ki, məhz bu layihəyə görə ayrıca bir saray inşa edilib. Nailiyyətlərə baxmayaraq, son illər problemlərimiz də var. Belə ki, Azərbaycandan həmin mahnı müsabiqəsinə təklif edilən istər mahnılar, artistlər və bu kimi texnoloji, estetik problemlər nəinki yüksək nailiyyətlər əldə etmək, finala çıxmağa belə mane olur. İctimai TV-nin bu layihə ilə bağlı siyasətini heç cür anlamaq mümkün deyil”.

Bu sözləri Yenisabah.az-a yazıçı, kulturoloq Aydın Xan Əbilov söyləyib. O, son günlər çox danışılan məğlubiyyətimiz - Avroviziya musiqi müsabiqəsi haqda fikirlərini belə ifadə edib

“Onlar bir neçə müğənnini ora yığıblar, aralarında tanınmış istedadlar, birmənalı qarşılanmayanlar, Azərbaycan mədəniyyətinə yaxınlığı olmayan şəxslər də var. Hətta prodüserliyi də qaliblərin birinı veriblər. O adamın musiqi və incəsənət proseslərindən nə qədər xəbəri var? Avroviziyanın yalnız estetik musiqi yarışması yox, həm də kulturoloji, kreativ, geoqrafik, geomədəni bir hadisə olduğunu dərk etdiyi bilinir, ya bilinmir? Bir komissiya yaradılıb və çox qəribə seçimləri onların öhdəsinə buraxıblar. Avroviziya sırf bəstəkar və musiqiçilərin yarışması deyil, ölkələrin yarışmasıdır. Musiqi kreativ bir silah olaraq bu yarışmada istifadə olunur. Necə ki, olimpiyada da yarış keçirilir və mütləq deyil ki, ən yüksək nailiyyət əldə edən güləşçi belə həmin yarışmalara, olimpiya oyunlarına menecer, baş məşqçi təyin edilsin, eləcə də bu müsabiqəyə də bir çox tərəfləri özündə əks etdirən mütəxəssislər ölkəni hazırlamalıdırlar. Bizim ölkədə bununla bağlı kifayət qədər mütəxəssislər var, olmasa belə qardaş Türkiyədən, xaricdən mütəxəssislər dəvət edə bilərik”.

Ekspert vurğulayıb ki, demək olar ki, burada tamaşaçıların fikri öyrənilmir:

“Bu yarışma ilə bağlı seçimlər nə qədər şəffafdır? Tanışlıq keçir? Ya kiminsə kimlərdənsə xoşu gəlir deyə müsabiqələrdə həmin adamı göndərirlər? Bu kimi hallar Azərbaycanın get-gedə yarışmada uduzmasına səbəb olur. Yarımfinal, ona qədər ki müddət və final mərhələsində olan təsir və ölkəni tanıtmaq imkanları üçün kifayəq qədər pul sərf edilir. Həmin pullar nə İTV-nin, nə də başqa televiziya rəhbərlərinin cibindən getmir. Bu, xəzinədən gedir. Ölkə rəhbərliyi və digər məsul şəxslər də Azərbaycanın bu yarışmada yüksək yer tutmasını istəyir. Təəssüflər olsun ki, Mədəniyyət Nazirliyinin bu məsələdə təsiri sıfırdır. Mütəxəssislər demək olar ki, heç saya alınmır. Kütləvi art-la məşğul olan kulturoloqlar dəvət edilmir.  Yalnız musiqiçilərin icmasından çağırırlar konsept təşkil edirlər, guya seçim edirlər, guya adamları göndərirlər, milyonlarla pul axıb gedir. Amma son nəticə demək olar ki, yoxdur”.

Aytac Şahin 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 May 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri