Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Min illərə söykənən Azərbaycan və müasir dünya COP29un dövlətçilik tariximizdə rolu KONKRET

Min illərə söykənən Azərbaycan və müasir dünya COP29un dövlətçilik tariximizdə rolu KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda dövlətçiliyin tarixi min illik sınaqlardan keçib. Dövlətçilik tariximizin eramızdan əvvəl 590-cı ilə təsadüf edildiyi bildirilir. Məhz həmin dövrdə əsası qoyulan Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Tarixi Azərbaycan ərazisində – indiki Cənubi Azərbaycanın şimal-şərqindəki Urmiya gölünün sahilində meydana gələn Manna ilk türk dövlətidir və azərbaycanlıların  da dövlətçilik tarixi məhz Mannayla başlayır. Tarixin sonrakı dönəmlərində yerini digər türk dövlətinə verən qədim Mannanın dövlətçilik ənənələri zaman-zaman qorunub saxlanılıb. Yeni dəyərlər meydana gəlib. Adət-ənənələr nəsildən-nəsilə ötürülüb.

Hərbi-siyasi cəhətdən digər qonşu dövlətlərdən geri qalmayan Azərbaycan dövlətləri sonrakı dönəmlərdə Atropatena və Albaniya kimi tarixi torpaqlarda yerəşirdi. Dövlətin etnik tərkibi əsasən türklərdən ibarət idi və yerli əhali oturaq həyat keçirir, əkin-biçinlə məşğul olurdu.

Albaniya dövlətinin sərhədləri şimalda Dərbənddən başlayaraq cənubda–Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Alazan çayının yuxarılarından başlayaraq şərqə doğru Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra Bərdə şəhərləri olub.

Atropatena dövləti isə indiki İran İslam Respublikasının Azərbaycanla sərhəd şimal əraziləri və Azərbaycan Respublikasının cənub ərazilərini əhatə edirdi. Albaniyaya nisbətdə Atropatena daha tez süqut etdi və Sasanilərin təsiri altına düşdü. Eramızın əvvəllərində 3-cü əsrdə Azərbaycanı Sasanilər, 7-ci əsrdə isə Ərəb xilafəti işğal etdi.

Beləcə 9-cu əsrin ortalarında – Xilafət dağıldıqdan sonra Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Bölgədə yayılan islam dini yeni dəyərlərin meydana gəlməsinə səbəb oldu. Adət-ənənə yeni istiqamətdə inkişaf etdirildi. Azərbaycan ərazisində feodal dövlətləri yarandı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri ayrı-ayrı vaxtlarda mövcud olsa da, dövlətçilik tariximizdə bu dövlətlərin hər birinin xüsusi yeri var.

Eyni zamanda Azərbaycanda sənətkarlıq, elm və mədəniyyət də inkişaf etdiriliridi. Bununla belə, Azərbaycan fəlsəfi məktəbinin banisi Əbülhəsən Bəhmənyarın şərq fəlsəfə tarixindəki yaradıcılığı böyük əhəmiyyətə  malikdir.

Sufizmin görkəmli nəzəriyyəçilərindən Yəhya Şəbüstəri Təbrizi, filosof şair Nizami Gəncəvi, dəyərli kəşflərilə dünya astronomiya elminə tövhələr verən Nəsirəddin Tusi və digər görkəmli şəxsiyyətlər Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayıblar.

Azərbaycan memarlıq məktəbinin banilərindən biri Əcəmi ibn Əbubəkr Naxçıvaninin (Memar Əcəmi) yaratdığı memarlıq əsərləri Azərbaycan tarixinin maddi irs siyahısındadır.

Beşminillik Azərbaycan tarixini mərhələ-mərhələ vərəqlədikcə, xalqımızın min illər ərzində əldə etdiyi dəyərlərin  asanlıqla qazanılmadığının şahidi oluruq. Dəfələrlə ölkəmizin məruz qaldığı qanlı təcavüzlər, mərhumiyyətlər, ağrı-acılar xalqımızın mənəvi ruhuna toxunmayıb. Xalqımız  dövlətçilik  başda olmaqla, milli dəyərlərini, adət-ənənlərini də qoruyub saxlayıb.

14-15-ci əsrlər Azərbaycan tarixinin və mədəniyyətinin yeni inkişaf dövrü hesab edilir. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mövcud olduğu  dövr həm də yeni intriqalarla tarixdə iz buraxıb. Həmin dövrdə yeni fəlsəfi cərəyanlar yaranırdı və onların ən öndə gedəni hürufilik idi. Bu, həmin dövr idi ki, Azərbaycan yeni işğalla üz-üzəydi. Təbriz, Marağa, Şirvan Teymur ordusunun tapdağı altındaydı. Amma hər cür mərhumiyyətlərə baxmayaraq, fikir və söz adamlarımız susmur, öz daxili azadlıqlarından irəli gələn yeni ideyaları təbliğ edirdilər. Filosof Nəiminin yeni fəlsəfi cərəyanı, fiosof-şair Nəsiminin bu cərəyandan güc alan ilahi istedadı xalqımızın yüksək amallarla yaşayıb inkişaf etməsinin bariz göstəricisi idi.

16-cı əsrin əvvəllərində ərdəbilli Şeyx Cüneydin nəvəsi İsmayıl Heydər oğlu(Şah İsmayl Xətai) yeni dövlətin təməlini qoydu.1500-cü ildə qurulan dövlət Səfəvi adlandırıldı.Səfəvilərin Azərbaycan dövlətçiliyi tarixində mühüm rolu var.Məhz Şah İsmayılın rəhbərliyi altında Səfəvi dövləti öz nüvuz dairəsini genişləndirdi və dövlətin hərbi-siyasi qüdrəti artdı.

Son 100 il isə Azərbaycan dövlətçilik tarixində yeni mərhələ hesab edilir. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müsəlman şərqində ilk demokratik respublikanın qurulduğu Azərbaycanda yeni dünyəvi dövlət yarandı. Yeni ideyaları özündə birləşdirən Azərbaycan 1920-ci ilin aprelin 28-də bolşevik Rusiyası tərəfindən işğal olunandan 1991-ci ilə kimi Sovet İttifaqının tərkibində olub.

Otuz üç il əvvəl ölkəmiz  öz müstəqilliyini yenidən bərpa etdi və Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələ başladı. 1993-cü il iyunun 15-də Ümumimilli Lider Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdanda Azərbaycan dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzəydi. Amma dahi siyasətçi bütün çətinliklərə baxmayaraq, dövlətçiliyimizi bərpa etdi və Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu. Bəşəri dəyərləri özündə ehtiva edən Azərbaycan dövlətçiliyi bu gün də inamlı əllərdədir.

Prezident İlham Əliyev ümumimilli liderin siyasətini layiqincə davam etdirir. Azərbaycan indi dünyada öz imzası, öz dəst-xətti olan dövlətlər sırasındadır. İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət Azərbaycanın dövlətçilik tarixinə qızıl həriflərlə yazılacaq. Məhz Cənab Prezidentin çox şaxəli siyasəti nəticəsində 30 illik işğala son qoyuldu, Azərbaycan itirilmiş torpaqlarını geri qaytardı, Qarabağ azad edildi. Regionda geosiyasi vəziyyət Azərbaycanın xeyrinə dəyişdi. Hazırda  soydaşlarımızın doğma yurd-yuvalarına qayıdış konsepsiyası uğurla davam etdirilir.

Azərbaycan həm də mütəmadi olaraq qlobal layihələrə ev sahibliyi edir. Müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda təntənəli açılış mərasimi olub. Dünyanın əksər ölkələrinin dövlət və hökumət başçılarının iştirak etdiyi tədbirdə 70 mindən çox qonaq qeydiyyatdan keçib.COP29-da qaldırılan problemlər xüsusi  önəm kəsb edib. Dünyada karbon emissiyalarının azaldılması, qlobal istiləşmənin stabil saxlanılması üçün ciddi islahatların aparılması müzakirə olunub. Bir sözlə, COP29 Azərbaycanın dövlətçilik tarixində mühüm töhvədir. Dünyada Azərbaycanın imicinə müsbət təsir göstərən bu tədbir həm də ölkəmizi sevməyənlərə, anti-Azərbaycan təbliğatı aparanlara tutarlı cavab oldu.

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənlərinin, elm və mədəniyyətin təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Noyabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see377

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri