Icma.az
close
up
RU
Mina çirklənməsi ekoloji təhdid olaraq qalır FOTOLAR

Mina çirklənməsi ekoloji təhdid olaraq qalır FOTOLAR

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə "Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyi(EMİB) tərəfindən həyata keçirilən "Mina çirklənməsi ekoloji təhdid kimi" layihəsinin icrası davam etdirilir.

EMİB-dən verilən məlumatda bildirilib ki, 3 ay müddətində icra olunan layihənin əsas məqsədi Ermənistan 30 illik işğalçılıq siyasəti zamanı Azərbaycan torpaqlarında basdırılan 1,5 milyondan çox minanın yaratdığı problemləri Avropoa ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Layihənin icrası zamanı Avropada erməni diasporunun fəal olduğu 4 ölkənin( İtaliya, Rumıniya, Fransa və İsveç) aparıcı KİV-lərində Ermənistanın müharibə cinayətlərindən ,o cümlədən mina terrorondan bəhs edən məqalələr yerli dillərə tərcümə edilərək dərc ediləcəkdir.

Layihənin icrası çərivəsində paytaxtın 247 saylı tam orta məktəbində "Mina çirklənməsi ekoloji təhdid kimi" mövzusunda şagirdlər üçün maarifləndirici tədbir keçirilib.

Görüşdə çıxış edən "Ekoloq-2010" EMİB-in sədri Səlim Balayev layihə barədə ətraflı məlumat verib.

Bildirib ki,təqribən 6 il əvvəl , 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azad edilən ərazilərdə aparılan monitorinqlər zamanı aydın oldu ki, Ermənistan uzun illər işğal altında saxladığı torpaqlarda Azərbaycanın təbiətinə qarşı düşmən münasibət sərgiləyib, ekoloji terror həyata keçirib. Nəticədə regionun ekosistemi üçün ciddi təhlükələr yaranıb. Həmin ərazilərdə bioloji müxtəlifliyə, flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin olan meşələr məhv edilib.

Bunlar azmış kimi, Ermənistan tərəfindən işğal edilən ərazilərimizdə müharibə cinayətləri törədilib. Bu gün Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. Hesablamalara görə, Ermənistan 30 illik işğalçılıq siyasəti zamanı Azərbaycan torpaqlarında 1,5 milyondan çox mina yerləşdirib. Başqa sözlə, ölkə ərazisinin 12 faizi minalarla və partlamamamış sürsartlarla çirklənib.Bu isə ölkənin kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir.Görünən odur ki, mina terroru Ermənistanın müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsi olub. Müharibənin bitməsindən 5 il ötməsinə baxmayaraq, mina qurbanlarının sayının artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir.

Rəsmi rəqəmlərə görə müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər Azərbaycanda mina qurbanlarının sayı 422-yə çatıb. Onlardan 72 nəfəri ölüb, 350 nəfəri müxtəlif dərəcəli xəsarətlər alıb. Ölənlərin 57 nəfəri mülki şəxs, 15-i isə hərbçidir. Xəsarət alanlardan isə 172 nəfəri mülki şəxs, 178 nəfəri hərbçidir.

Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox azərbaycanlı minalardan zərər çəkib, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir.

Bildirib ki, bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Lakin reallıq bundan ibarətdir ki, minatəmizləmə işi uzun müddət tələb edən prosesdir. Dağlıq Qarabağ kimi çətin relyefə malik olan bir bölgədə isə bu proses hətta on illərlə davam edə bilər.

Bütün bunlara baxmayaraq Azərbaycan işğaldan azad edilmiş ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və ekosistemin bərpası tədbirlərini davam etdirir.

Layihə çərçivəsində Avropa mətbuatında müxtəlif dillərdə dərc ediləcək məqalələrdə mina partlayışlarının ətraf mühitə vurduğu zərər, mülki şəxslərin həyatlarını itirməsi, meşəlik ərazilərdə yerləşdirilən mina tələlərinin vəhşi heyvanların tələf olmasına səbəb olması öz əksini tapacaq. Bütün bu dolğun və əhatəli məlumatların kənar mənbədən deyil, məhz Azərbaycanda fəaliyyət göstərən ekoloji təşkilatdan- ilkin mənbədən alınması Avropa ictimaiyyətində öz müsbət təsirini göstərəcəkdir.

EMİB bu layihəni icra etməklə özünü demokratik dövlət adlandıran Ermənistan hakimiyyətinin iç üzünü bir daha Avropa ictimaiyyətinə göstərməyi qarşısına hədəf qoyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Avqust 2026 04:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri