Icma.az
close
up
RU
Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb

Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb

Report.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Baş katibi Antoniu Quterreşi mülki əhaliyə təhlükə yaradan, regionların bərpasını ləngidən və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına mane olan genişmiqyaslı mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb.

“Report” xəbər verir ki, bunu diplomat dünya təşkilatının başçısına ünvanladığı 12 dekabr 2024-cü il tarixli məktubunda bildirib.

Yaşar Əliyev qeyd edib ki, Azərbaycan erməni işğalının onilliklərlə davam edən nəticələri ilə üzləşir. Azad edilmiş ərazilərdə mülki şəxslər, hərbçilər, sülhməramlılar və humanitar işçilər üçün təhlükə yaradan 1,5 milyondan çox mina və digər partlayıcı qurğular aşkar edilib.

“Ermənistanın hərbi təcavüzü nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olub, 700 mindən çox insan öz evlərini tərk etməyə məcbur qalıb və ölkənin suveren ərazisinin böyük bir hissəsi təxminən 30 il ərzində qanunsuz işğal altında qalıb”, – diplomat müraciətində bildirib.

Azərbaycan tərəfinin məlumatına görə, münaqişə dövründə 359 uşaq və 38 qadın olmaqla 3 461 ölkə vətəndaşı minalardan zərər çəkib. Münaqişə başa çatdıqdan sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib ki, onlardan 70 nəfəri həlak olub, 312 nəfəri isə ağır yaralanıb. Mina çirklənməsi problemi infrastrukturun bərpası layihələrinin həyata keçirilməsini və təxminən 700 min məcburi köçkünün qayıdışını çətinləşdirir.

Y.Əliyevin sözlərinə görə, minalar təkcə keçmiş cəbhə xəttinin yaxınlığında deyil, həm də yaşayış məntəqələrində, qəbiristanlıqlarda və mədəni obyektlərdə yerləşdirilib ki, bu da dinc əhaliyə maksimum ziyan vurur. O vurğulayıb ki, Ermənistanın mina xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq humanitar hüquq normalarına, o cümlədən yaşamaq və sərbəst hərəkət etmək hüququna ziddir.

Azərbaycan humanitar minatəmizləməni Milli Dayanıqlı İnkişaf Məqsədləri sırasına daxil edərək onu 18-ci məqsəd kimi müəyyən edib. Diplomat beynəlxalq ictimaiyyəti dinc əhalinin təhlükəsizliyini və azad edilmiş ərazilərin dayanıqlı inkişafını təmin etmək üçün Ermənistana mina sahələri barədə tam məlumat verməsi üçün təzyiqləri artırmağa çağırıb.

Xatırladaq ki, dekabrın 20-də Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılmışdı.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://report.az
archiveBu xəbər 22 Dekabr 2024 05:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri