Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

Mina təhlükəsi ən aktual problemlərdəndir

Mina təhlükəsi ən aktual problemlərdəndir

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Məlumdur ki, müharibələr həmişə insanlara böyük fəlakət, dərd və bəla gətirib. Ürəklərdə, qəlblərdə sağalmaz yaralar açıb. Mərmilər, raketlər bir anın içində binaları yerlə yeksan edir, şəhərləri, kəndləri viran qoyur, təkcə insanların deyil, təbiətdəki bütün canlıların həyatına son qoyur. Döyüşlərin şiddətindən bir-birindən gözəl şəhərlər qısa müddət ərzində cəhənnəmə dönür, yüz illərin xarabalığına çevrilir. İnsanlar uzun illər müharibənin törətdiyi bəlaların, ağrı-acıların əzablarını yaşamalı olurlar. Günlərin birində başlayan müharibələr elə günlərin birində də sona çatır. Mina təhlükəsi isə uzun illər çəkir. Minalar pusquda dayanmış düşmən kimi, hər fürsətdə can almaqda davam edir. Minalar canlı döyüşçüdən də qorxuludur. Çünki o gözə görünmür, varlığını qəflətən partlayıb can alanda bildirir. Onda da onu zərərsizləşdirmək, qəlpələrindən qaçmaq mümkün olmur.

Yeri gəlmişkən, qeyd edək ki, Vətən müharibəsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında Zəfərlə başa çatdıqdan sonra qarşıda dayanan ən vacib vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi oldu. Bu mühüm vəzifəni yerinə yetirmək üçün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə ermənilərin basdırdığı minaların xəritələrini Ermənistandan tələb etdi. Rəsmi İrəvan isə əvvəlcə bu cür xəritələrin mövcud olmadığını bildirdi. Amma çox təkiddən sonra fikrini dəyişib xəritələrin bir hissəsini verdi. Amma təəssüflər ki, verilən bu xəritələrin 25 faizi dəqiq oldu. Erməni riyakarlığı, erməni hiyləgərliyi bu məsələdə də özünü göstərdi. Artıq xeyli müddətdir işğaldan azad olunmuş ərazilərimizə Böyük qayıdış başlayıb. Nə qədər çətin olsa da, ərazilər minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənir, doğma ocaqlarına qayıdacaq insanların təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Qəbul edilmiş "Böyük Qayıdış" dövlət proqramına əsəsən, 2026-cı ilə qədər 140 min nəfərin Qarabağa və Şərqi Zəngəzura köçürülməsi nəzərdə tutulur. Bu gün həmin ərazilərdə genişmiqyaslı layihələr icra olunur. Bir sıra magistral avtomobil yolları, elektrik xətləri, su xətləri çəkilir, dəmir yolları salınır, infrastruktur qurulur.

Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsi Zəfərlə başa çatsa da, Azərbaycan mina terrorundan əziyyət çəkir. İnsanların təhlükəsizliyinin təmin olunması məqsədilə bu dəhşətli, ölümsaçan bəla ilə təkbaşına mübarizə aparır. Azad edilmiş ərazilərdə baş verən və insan itkisi ilə nəticələnən mina partlayışları bir daha göstərir ki, ermənilər ərazilərimizi kütləvi şəkildə minalarla çirkləndiriblər. Müharibənin başa çatmasından beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də işğaldan azad olunmuş ərazilərdə partlayış səsləri eşidilir, insanlar tələf olur, ağır xəsarətlər alırlar. Elə bu günlərdə hərbçilərimizin maşınının Kəlbəcər rayonunun Vəng kəndində minaya düşməsi və xəsarət alması xəbəri hamımızı sarsıtdı. Bütün bunlar onu göstərir ki, müharibə bitsə də, ermənilərin basdırdığı minalar dəhşət saçmaqda davam edir.

Mütəxəssislərin ilkin qiymətləndirmələrinə görə, ermənilər işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıblar. 44 günlük Vətən müharibəsi başa çatandan indiyə qədər 400 nəfərə yaxın vətəndaşımız bu minaların qurbanı olub. Minaya düşən vətəndaşlarımız hadisə zamanı ya həyatlarını itiriblər, ya da ağır bədən xəsarətləri alıblar. Ümumiyyətlə isə Ermənistanın Azərbaycanın ərazilərinə qarşı hərbi təcavüzünün başladığı vaxtdan indiyədək 3500-ə yaxın vətəndaşımız minalardan zərər çəkib. Ürək ağrıdan odur ki, onların arasında uşaqlar da var. Təəssüflər olsun ki, hələ də işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi qalmaqdadır. Münaqişə bitdikdən sonra da riyakarlığından, qan tökmək niyyətindən əl götürməyən Ermənistan Laçın yolundan yararlanaraq Azərbaycan ərazilərinə minalar döşəməyə davam edib. Ərazilərdə təmizləmə işləri aparılarkən 2021-ci il Ermənistan istehsalı olan piyadalar əleyhinə minlərlə mina aşkarlanıb. Bu faktlar bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsi başa çatandan və 10 noyabr 2020-ci il Bəyanaməsi imzalanandan sonra da Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, Laçın yolundan çirkli məqsədlər üçün istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazilərində təmizləmə işləri aparılarkən 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb. Aşkarlanan minalar bir daha ermənilərin çirkin əməllərini bütün dünyaya göstərir. Öz təsdiqini tapmış bu faktlar ermənilərin insanlıq əleyhinə olan qanlı əməllərinin sonu deyil. 2023-cü ilin sentyabr ayında uğurla həyata keçirilən antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində 500 mindən artıq mina basdırıldığı məlum olub. Bütün bu faktlar dönə-dönə təsdiq edir ki, Ermənistan terrorçu dövlət olub. Ermənistanın mina xəritələrini verməməkdə əsas mədsəd və amalı keçmiş köçkünlərin doğma ocaqlarına qayıtmağına müəyyən çətinliklər yaratmaq, bacardığı, gücü çatdığı qədər bu prosesi ləngitmək və əngəllər törətməkdir. Qəsbkarlar başqa niyyət və məqsədlərinə çatmadıqları kimi, bu istəklərinə də çatmayacaqlar. Düşmən nə edir etsin, insanların doğma ocaqlarına qayıdışına əngəl törədə bilməyəcək. Getdikcə dünyada iqtisadi və siyasi gücü artan, beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycan qarşısına qoyduğu hədəflərə yüksək səviyyədə nail olacaq. Qısa müddət ərzində işğaldan azad olunmuş ərazilər minalardan və partlamamış hərbi sursatlardan da təmizlənəcək, keçmiş köçkünlər doğma ocaqlarına qayıdacaqlar.

Qarabağ və Şərqi Zəngəzur ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işinin daha da sürətləndirilməsi məqsədilə bu gün innovasiyalardan, texnologiyalardan, dronlardan və süni intellektin imkanlarından geniş istifadə olunur. İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi işinə yerli istehsal olan texnikalar da cəlb edilir. Bütün bunlar çox müsbət nəticələr verməkdədir. Bir sözlə, ərazilərimizin minalardan təmizlənməsi işləri sürətlə davam edir. "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin 2026-cı ilə qədər davam etdirilməsi planlaşdırılır. Dövlət Proqramında nəzərdə tutulduğu kimi, 2026-cı ilə kimi, 280 min hektar ərazi minalardan təmizlənəcək. Ən əsası, bu ərazilərə qayıdan keçmiş köçkünlər doğma ocaqlarında dövlətin tikdiyi evlərdə rahat, firavan həyat yaşayacaqlar.

Bəxtiyar Həsənov,

YAP Göygöl rayon təşkilatı üzrə 3 nömrəli "Magistral avtomobil yollarının istismarı" MMC ərazi partiya təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Avqust 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see323

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see298

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see294

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see251

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see248

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see240

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see228

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see224

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see219

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see209

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see208

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see202

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see198

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see194

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see193

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see191

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see190

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see181

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri