Icma.az
close
up
RU
Mina təhlükəsi: beynəlxalq təzyiq mümkündürmü?

Mina təhlükəsi: beynəlxalq təzyiq mümkündürmü?

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) davamlı olaraq, azad olunmuş ərazilərdə çoxsayulı tank, piyada əleyhinə minalar, partlamamış hərbi sursatlar (PHS) aşkarlayıb, zərərsizləşdirir.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirir.

Amma Ermənistanın mina xəritələrini verməməsi minatəmizləmə ilə bağlı prosesin uzanmasına və əlavə maliyyə xərclərinə səbəb olur. Mina xəritələri ilə bağlı Ermənistana necə təzyiq etmək olar? Beynəlxalq təzyiqin formalaşdırılması mümkündürmü? Bu istiqamətdə hərbi ekspertlər fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

Hərbi ekspert Anar Şuşalı deyib ki, mina təhlükəsi tez bir zamanda sovuşan məsələ deyil: “Onun tam təmizlənməsi illər aparır. Bildiyimiz kimi, 1992-ci ildə Qarabağ savaşı dönəmindən bu günə qədər torpağın aşılanması, yağış və qar suyu nəticəsində bəzi ərazilərdə minalar üzə çıxır və bunun nəticəsində insanlar xəsarət alır, bəziləri isə minanın qurbanı olur”.

“İnsanlar üçün birbaşa təhlükə yaradır”

A.Şuşalı təəssüflə qeyd edib ki, Ermənistan Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyatlarından sonra məğlub bir ölkə olaraq minaların harada basdırılması üçün çəkilmiş xəritəni Azərbaycan tərəfinə verməkdən boyun qaçırır: “Bu da əlbəttə ki, həm hərbçilər, həm də mülki insanlar üçün birbaşa təhlükədir. Müharibənin bitməsinə baxmayaraq hərbçilər və mülki insanlar arasında bu günlərdə də xəsarət alanlar və qurbanlar var. Təbii ki, bütün bunların fonunda Ermənistan tərəfinə siyasi təzyiqlər olsa da, həmin xəritələri əldə edə bilməmişik. Bir də düşünürəm ki, bəzi ərazilərin xərtələri olsa da kortəbii basdırılan xəritələr bəlkə də Ermənistan tərəfində yoxdur. Bu həm də həmin ölkənin vahid komandanlıq tərəfindən idarə olunmamasının nəticəsidir”.

Ekspert Azərbaycan tərəfinin sülhün tərəfdarı və istənilən anda qarşı tərəfin təxribatının qarşısının alınması üçün bütün gücə sahib olduğunu vurğulayıb: “Əslində biz beynəlxalq müstəvidə də təzyiqlərin göstərilməsi üçün işlər aparırıq. Amma bildiyimiz kimi, bəzi Avropa ölkələri, konkret Fransa və belə dövlətlər ikili oyun oynayırlar. Əlbəttə, bütün bunlara qarşı cənab Prezident İlham Əliyevin siyasi iradəsi qarşısında məğlub olurlar. Ali Baş Komandan keçirdiyi bütün beynəlxalq görüşlərdə həm Ermənistanın mina xəritələrinin verilməməsi, həm də onların işğal dövründə ərazilərin çirkləndirilməsi, talan edilməsi və abidələrin, yaşayış ərazilərinin necə məhv edilməsini qabarıq şəkildə diqqətə çatdırır. Azad olunmuş ərazilərin bir çox hissəsi artıq minalardan təmizlənib və həmin ərazilərdə tikinti-quruculuq və bərpa işləri aparılıb. Artıq Ağalı kəndindən başlayaraq Ağdam, Şuşa və digər ərazilərə vətəndaşlar köçürülüb. Qeyd etdiyim kimi mina təhlükəsi var. Əslində ölkəmizin müəyyən etdiyi portaldan qeydiyyatdan keçərək ərazilərə getmək doğru qərardır və vətəndaşlar da bu qərara hörmətlə yanaşmalıdır. Bir daha qeyd edirəm ki, ölkəmiz Ermənistan tərəfinin minalanmış ərazilərin tam xəritəsini verməyənə qədər təzyiqlər göstərəcək”.

“Ermənistan heç vaxt üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib”

Hərbi ekspert Emin Həsənli Ermənistanın heç vaxt üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini və mina xəritələrini vermədiyini vurğulayıb: “Əvvəllər bəhanə etdi ki, yoxdur, ancaq Azərbaycan dövləti sübut etdi ki, var. Mina hərbidə elə məsələdir ki, onu ancaq peşəkarlar basdıra bilər, qeyri-peşəkar özü minaya düşər və heç minanı basdıra bilməz. İkincisi, mina xəritəsiz basdırılarsa, həmin dövlətin özünün əsgərləri o minaya düşər. Niyə Ermənistanın bir əsgəri minaya düşməmişdi və ya Rusiya sülhməramlıları orada minaya düşmürdü? Belə bir fakt yoxdur. Deməli, mina xəritələri dəqiq, 100-də 100 var və hamısı da Ermənistandadır”.

“3 cür xəritə tətbiq olunur”

E.Həsənli qeyd edib ki, mina basdırılanda 3 cür xəritə tətbiq olunur: “Biri hərbi hissədə, ikincisi birləşmənin qərargahında, üçüncüsü isə baş qərargahda qalır. Sonradan ermənilər o xəritələrin bir qismini verdilər. Ağdam, Füzuli istiqamətində 97 min mina basdırmışdılar. O xəritələrin də 25 faizə qədəri düz çıxdı. Xəritələri düzgün vermədilər. Sual olunurdu ki, bir əraziyə niyə 97 min mina basdırılıb? Görünür ki, Ermənistan sülh istəmir və o əraziləri də ona görə çirkənləndirmişdi ki, Əfqanıstandan sonra dünyada ən çirkli ərazi ora olsun və azərbaycanlılar ora qayıtmasın istəyirdilər. Beynəlxalq aləmin, beynəlxalq hüququn necə işlədiyini ən yaxşı biz bilirik. 30 il ondan əziyyət çəkmişik və Ermənistan öz üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib. Ermənistanı Azərbaycan dövləti Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini yerinə yetirməyə məcbur etdi, eləcə də dövlətimiz, ordumuz 44 günlük müharibədə də, 1 günlük antiterror əməliyyatlarında da məcbur etdi ki, 9 noyabr bəyanatının şərtlərini yerinə yetirsin”.

“Ermənistan cavab verəcək”

Ekspert əlavə edib ki, qələbədən sonra Azərbaycan dövləti sürətlə ərazini təmizləyir: "Müdafiə Nazirliyinin mühəndis hərbi hissələrinin sayı artırıldı, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti bu işlə məşğul olur. Cənab Prezidentin sərəncamı ilə Minatəmizləmə Agentliyi yaradıldı, onun səlahiyyətləri, maliyyə imkanları artırıldı. Azərbaycan dövləti ərazini minadan təmizləyə-təmizləyə şəhərləri, qəsəbələri, kəndləri qurur, hava limanları, dəmir yolları tikir, özü də vəhşicəsinə dağıdılmış ərazini bərpa edir və qısa bir müddətdə də həmin ərazini cənnətə çevirir. Bu proses sürətlə davam edir. Biz beynəlxalq birlikdən heçnə gözləmirik. Mina təmizləməyə simvolik dəstəklər oldu. Avropanın, NATO dövlətlərinin hərbi, texniki, maddi baxımdan imkanları vardı, amma bu dəstək də olmadı. Nə Ermənistana təzyiq etmədilər xəritələri verələr, nə də ki, ərazinin təmizlənməsinə dəstək oldular. Prosesdən sonra xeyli Azərbaycan vətəndaşları, hərbi və mülki şəxsləri minaya düşüb, onun da məsuliyyətini Ermənistan siyasi hakimiyyəti daşıyır və onlar da cavab verəcək. Hətta 9 noyabr 2020-ci il bəyanatından sonra 2021-2022-ci illərdə əraziyə minalar basdırıblar”.

“Yeni avadanlıqlar alınır”

Hərbi ekspert Heydər Mirzə bildirib ki, hazırda mina təmizləmədə artıq özümüzün də kifayət qədər təcrübəmiz var: “Xəritələr olsaydı həm vaxt, həm pul, həm də əlavə risklər, insanların bu cür fəaliyyəti, yəni minalardan təmizləmə üçün ənənəvi olan risklər aradan götürülərdi. Təbii ki, məlum olan ərazidə işləmək daha asan olur. Odur ki, Azərbaycan tərəfi bu məsələyə bir neçə dəfə özünün tərəfdaşları ilə bir yerdə baxıb. Türkiyə, Pakistan, İsrail, yəni tərəfdaş ölkələrlə minalardan təmizləmə istiqamətində işlər aparırıq. Məsələn, yeni avadanlıqlar alınır”.

“Bu, mina təmizləmə prosesini sürətləndirir”

H.Mirzə əlavə edib ki, həm də məsafədən idarə olunan minalardan təmizləmə maşınları tək Azərbaycan istehsalı deyil, Avropa, Türkiyə istehsalı olan maşınlar da alınır: “Hansılar ki, mina təmizləmə prosesini sürətləndirir. Yəni xüsusi avadanlıq yolu ilə, amma bu da yenə pulsuz deyil, Azərbaycanın dövlət büdcəsindən xərclənən pullar hesabınadır. Yəni biz onu əvəzləyə bilirik və xəritəsiz işləsək də, müəyyən istiqamətlərdə, hansılar ki, daha düzənlikdir, relyef imkan verir və s. və yaxud da hansı ərazilərin ki, təmizlənməsi təcili lazım idi orada biz bunu sürətlə edə bilirik. Amma düşünürəm ki, Ermənistanla xəritə məsələsi yaxşı olar ki, sülh müqaviləsi imzalanmasından əvvəl həll olunsun. Yəni xoş iradə əsasında, hansısa bir məcburiyyət və ya müqavilə çərçivəsində öhdəlik üzərində deyil. Təəssüf ki, Ermənistan bunu xoş niyyət şəklində etmək istəmir. Bu da əlavə olaraq Ermənistan tərəfinin hələki sülh istiqamətində deyil, revanş, vaxt qazanmaq və uzunmüddətli münaqişə yolunu seçməsinin bir təcəssümüdür”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 İyun 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri