Mina təhlükəsi ilə bağlı maarifləndirici təlim Ağdərə rayonunun Suqovuşan qəsəbəsində təşkil edilmişdir
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsinin icrasını davam edir.
2025-ci il iyulun 29 - 30 -u layihə çərçivəsində Ağdərə rayonu Suqovuşan qəsəbəsində mina və partlamamış hərbi sursatların törədə biləcəyi təhlükələr barədə yerli əhali üçün maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər zamanı mütəxəssislər tərəfindən qəsəbə sakinlərinə mövzu ilə bağlı ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bundan əlavə, əhaliyə İctimai Birlik tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 02 Avqust 2025 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















