Icma.az
close
up
RU
Mina xəritələri olmadan sülh mümkün deyil ŞƏRH

Mina xəritələri olmadan sülh mümkün deyil ŞƏRH

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Təəssüf hissi ilə qeyd edirik ki, bu gün Ermənistandan Azərbaycana qarşı davam etdirilən mina terroru ölkəmizdə dinc vətəndaşların, eləcə də mina təmizləmə işlərində iştirak edən şəxslərin ciddi mina təhlükəsi ilə üzləşməsinə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputati Azər Allahverənov deyib.

Onun sözlərinə görə, bu isə 44 günlük Vətən müharibəsindən sonra aparılan statistikanın artmaqda davam etdiyini açıq şəkildə göstərir: "Burada xüsusilə vurğulanmalı olan bir neçə mühüm məqam var. İlk növbədə, Ermənistanın Azərbaycana mina xəritələrini təqdim etməməsi birmənalı şəkildə kəskin tənqid olunmalı və beynəlxalq ictimaiyyət tərəfindən bu davranış bəşəriyyətə qarşı törədilən cinayətlər silsiləsi kimi qiymətləndirilməlidir, çünki mina problemi ümumilikdə bütün bəşəriyyəti narahat edən son dərəcə ciddi və qlobal təhlükəsizlik məsələsidir.

İkinci Dünya müharibəsindən sonra dünyanın müxtəlif regionlarında baş vermiş qanlı münaqişələr və müharibələr bu gün də həmin ərazilərdə basdırılmış minaların partlaması nəticəsində insan tələfatı ilə müşahidə olunur. Baxmayaraq ki, müharibələr başa çatıb, münaqişələr dayandırılıb, həmin “sürünən təhlükə” bu gün də insan həyatına son qoymağa davam edir.

Məhz bu kontekstdə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan ardıcıl siyasət onu zəruri edirdi ki, Ermənistan reallığa uyğun və dəqiq mina xəritələrini Azərbaycana təqdim etsin. Lakin bu öhdəlik yerinə yetirilməyib və nəticədə mina təhlükəsi bu gün də Azərbaycan vətəndaşlarının həyatını təhdid edir.

Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin cəmi 15-25 faizi həqiqətə uyğundur. Əgər Ermənistan özünü sülh tərəfdarı kimi göstərməyə çalışırsa, bu zaman uydurulmuş xəritələr yox, yalançı “sülh kəsişməsi” və ya “sülh göyərçini” obrazı yaratmaq əvəzinə, real və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməlidir. Bu, işğaldan azad olunmuş ərazilərdə kifayət qədər intensiv və genişmiqyaslı şəkildə həyata keçirilən bərpa və quruculuq işlərinin öz müsbət nəticəsini verməsi üçün vacibdir. Eyni zamanda, həmin bölgələrin Cənubi Qafqazda gedən ümumi inkişaf proseslərinin tərkib hissəsinə çevrilməsinə xidmət edərdi. Lakin görünən odur ki, Ermənistan müxtəlif yollarla bu prosesin qarşısını almağa çalışır.

Əslində, mina xəritələrinin verilməsinin əsas məqsədi ondan ibarət olmalıdır ki, həmin ərazilərə normal həyat qayıtsın, insanlar öz doğma torpaqlarına dönərək bərpa-quruculuq işlərində yaxından iştirak etsinlər və bu bölgələrə yenidən həyat verilsin.

Hazırda Azərbaycan hökuməti və aidiyyəti dövlət qurumları bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərir. Xüsusilə ANAMA-nın fəaliyyətini qeyd etmək lazımdır. Bununla yanaşı, qeyri-hökumət təşkilatları da prosesdə kifayət qədər fəal iştirak edir, xüsusilə maarifləndirmə, təbliğat və təşviqat işləri sahəsində mühüm rol oynayırlar.

Koordinasiyalı şəkildə zəruri tədbirlər həyata keçirilir, yüz minlərlə mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Bu ərazilərdə aparılan mina təmizləmə əməliyyatlarının nəticəsində təhlükəsiz yaşayış mühitinin yaradılması istiqamətində dövlətin gördüyü işlər miqyasına və çətinliyinə görə dünyada analoqu olmayan fəaliyyət kimi qiymətləndirilə bilər. Vaxtilə minlərlə hektar ərazisi kütləvi şəkildə minalarla çirkləndirilmiş torpaqlarda bu gün artıq üç beynəlxalq hava limanı fəaliyyət göstərir - Füzuli, Zəngilan və Laçın. Böyük şəhərlər bərpa olunur: Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər. Ağdərə istiqamətində də yaxın vaxtlarda çox böyük işlərin şahidi olduq. Cənab Prezidentin iştirakı ilə keçirilən təməlqoyma və açılış mərasimləri göstərir ki, bu ərazilərdə çoxşaxəli və genişmiqyaslı fəaliyyətlər həyata keçirilir".

Deputat sözlərinə belə davam edib: "Bütün bu proseslər sistemli şəkildə baş verir və ardıcıl olaraq icra olunur. Ən önəmlisi isə odur ki, Azərbaycan bu işləri əsasən öz maliyyə imkanları hesabına həyata keçirir. Bu işlərin təməlində isə məhz həmin ərazilərin minalardan təmizlənməsində iştirak edən fədakar vətəndaşlarımız, peşəkar mütəxəssislərimiz dayanır.

Onlar son dərəcə çətin şəraitdə çalışırlar. Bəzi hallarda relyef ağır texnikanın istifadəsinə imkan vermir və mina axtarışı demək olar ki, əl əməyinə söykənir. Hər bir santimetr torpaq müxtəlif üsul və texnologiyalardan istifadə olunaraq, böyük risk və məsuliyyətlə yoxlanılır və minalardan təmizlənir.

Bu baxımdan, bir vətəndaş olaraq, bu işdə iştirak edən bütün şəxslərə dərin təşəkkürümü bildirirəm. Hesab edirəm ki, onların göstərdiyi fədakarlıq döyüş meydanında Azərbaycan əsgərinin - Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yazdığı tarixin davamıdır. Eyni zamanda, Azərbaycanın diplomatiyası da müxtəlif uğurlara və ciddi nəticələrə imza atıb.

Bu gün informasiya müharibəsində də Azərbaycana qarşı aparılan siyasətə ölkəmiz yalnız cavab vermir, haqqını qorumaqla yanaşı, mühüm həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına nail olur. Bütün bu uğurların davamlı və effektiv şəkildə reallaşmasında işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri əsas hərəkətverici qüvvə rolunu oynayır. Öz dövlətinə və hökumətinə arxalanan, ona inanan və müəyyən edilən strategiyanı uğurla icra edən vətəndaşlarımız bu prosesin bilavasitə iştirakçıları olublar. Bununla da Azərbaycan bir daha dünyaya nümayiş etdirib ki, ölkəmiz öz daxili resurslarına söykənən, xalq-dövlət birliyinə əsaslanan bir inkişaf modeli ortaya qoyur.

Bu yanaşma eyni zamanda onu göstərir ki, Azərbaycan sülhə sadiq tərəf kimi təkcə təhlükəsizlik deyil, həm də dayanıqlı inkişaf və sülh modeli təqdim edir. Təbii ki, ölkəmiz beynəlxalq ictimaiyyətdən, xüsusilə onun mütərəqqi hissəsindən bu uğurları dəstəkləməyi, eyni zamanda Cənubi Qafqaz regionunda sabit və davamlı inkişaf strategiyasının formalaşmasına xidmət edən siyasət yürütməyi gözləyir.

Bu siyasətin ayrı-ayrı elementlərini bu gün artıq görürük, müəyyən dəstəklərin şahidi oluruq. Lakin eyni zamanda Ermənistanın davam edən mina terroru ilə mübarizə məsələsində də beynəlxalq səylərin daha mərkəzləşdirilmiş, koordinasiyalı və mobilizə olunmuş şəkildə həyata keçirilməsinə ehtiyac olduğunu bir daha vurğulayırıq. Azərbaycan bu sahədə də öz mövqeyini açıq şəkildə ortaya qoyur və beynəlxalq əməkdaşlığa hazır olduğunu nümayiş etdirir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Yanvar 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri