Minalardan zərər görən şəxslərin müalicəsi icbari tibbi sığortaya DAXİL EDİLİR
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Minatəmizləmə fəaliyyəti zamanı zərərçəkən şəxslərə yardım İcbari tibbi sığorta ilə göstəriləcək.
Modern.az-ın məlumatına görə, bu məsələ, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində öz əksini tapıb.
Yeni layihəyə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində minatəmizləmə fəaliyyəti ilə əlaqədar zərərçəkmişlərin hüquqları “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaq.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 30 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















