Icma.az
close
up
RU
Ev işlərində iştirak edən uşaqlar daha uğurlu olur Harvard da təsdiqləyir

Ev işlərində iştirak edən uşaqlar daha uğurlu olur Harvard da təsdiqləyir

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Universitetin 85 illik araşdırması ilə üst-üstə düşən həqiqət budur ki, ev işi görən uşaq gələcəyini qurur

Harvard Universitetinin alimləri 1938-ci ildə tarixin ən iddialı tədqiqatına başlayıb. Tədqiqatçılar insanı həqiqətən xoşbəxt və məmnun edən şeyləri kəşf etmək üçün yeniyetməlik dövründən ölümünə qədər 724 insanın həyatını araşdırıblar. Onilliklər ərzində onların beyinlərini, maaşlarını, münasibətlərini və travmalarını təhlil ediblər. Və 85 illik məlumatlardan sonra heç kimin proqnozlaşdırmadığı təəccüblü bir əlaqəni aşkar ediblər. Məlum olub ki, yetkin yaşda əldə edilən uğurlar nə genetikadan, nə maddiyyatdan, nə də akademik təhsildən asılıdır. Uğur əldə etmənin ən güclü göstəricilərindən biri çox sadə bir şey - uşaq yaşlarında ev işləri görməkmiş. Evi təmizləmək, zibilləri atmaq və ya qab yumaq yalnız təmizliklə bağlı deyil, bu, beyin məşqləri ilə bağlıdır. Tədqiqat ev işlərinin heç bir məktəbin təkrarlaya bilməyəcəyi bir dərs verdiyini ortaya qoyub: "töhfə etikası". Bu necə baş verir? 

Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında Azərbaycan xalqının milli adət ənənələrində uşaqları kiçik yaşlarından əməyə, zəhmətə alışdırmaq kimi üstün bir davranış tərzinin olduğunu xatırlatdı: - Uşaqlarımızı lap kiçik yaşlarından əməyə alışdırmalıyıq. Ana, ata “hələ uşaqdır, dəymə, işin olmasın”, deməməlidir. Hər yaşa görə uşağın görə biləcəyi iş var. Əgər evdə böyükdən kiçik uşaq varsa, ana onu körpəyə qulluğa cəlb etməlidir. Bunlar kiçik işlədir. Körpənin əmziyini, bezini gətirmək, ana körpəni yedirdərkən onları müşahidə etmək, izləmək, körpənin geyindirilməsinə kömk etmək, ağlayırsa “bax, gör, qardaşın ( ya bacın) niyə ağlayır”, soruşmaq. Təbii ki uşaq körpəni sakitləşdirəcək deyil, amma ananın bu xahişi uşaqda məsuliyyət hissi formalaşdıracaq, ona naladacaq ki o da ailənini üzvüdür və ailə üzvlərinə kömək etməlidir. Bunlar kiçik işlərdir, amma uşaq böyüdükcə onda ailə bağlarını möhkəməndirir, ailə üzvlərinə qayğı göstərmık hissi, məsuliyyətli olmağı formalaşdırır. Təəssüf ki, bizdə bu səpkili sosial tədqiqatlar aparılmır. Lakin bizim adət-ənənələrimizdə bunlar var və biz bunu həyat təcrübəmizdə öyrənirik. Əgər valideyn kiçik yaşlı övladını evin hansısa işinə cəlb edirsə, bu, uşağın özünü ailənin vacib bir üzvü hiss etməsinə səbəb olur. Uşağın həyatı yalnız oyun-oyuncaqdan ibarət olmamalıdır. Kimsə demir uşaq gücü yetməyəcək işlərə cəlb edilməli, əmək fəaliyyətinə göndrilməlidir. Xeyr. Evdə kiçik işlərə cəlb olunmaq uşağı normal insan kimi formalaşdırır. Məsələn, uşaq oyunu dayandırıb anasına süfrə açmaqda kömək edirsə, artıq öyrənir ki dünya oyunlardan ibarət deyil. Ev işlərində iştirak edən uşaqlar nəyin edilməli olduğunu başa düşürlər və soruşulmadan bunu necə edəcəklərini bilirlər. Belə uşaqlar böyüdükcə əməyə qiymət verir, başqalarının əməyinə də hörmətlə yanaşırlar. Uşağa evdə müəyyən tapşırıq verməklə onun gələcək peşəkar bacarıqlarının təməlini qoymuş oluruq. Tədqiqatçılar deyir ki, “uşağınızın uğurlu gələcəyə sahib olmağını istəyirsinizsə, ona çoxlu oyuncaq almayın, əlinə süpürgə verin”. Bu, uşağın istismarı kimi əsla başa düşülməməlidir. Zəhmətin nə olduğunu kiçik yaşlarından qavrayan uşaq ailədə ən nümunəvi övlad, gələcək həyatında da nümunəvi həyat yoldaşı və valideyn olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Dekabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri