Minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirildi
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağdərə rayonunda minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib.
Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidən çıxarılıb.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib.
T.Hüseynov sol ayağının pəncəsi və ayağının aşağı hissəsində çoxsaylı qəlpə yaraları alıb. Yaralının Bərdə Rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub.
Report

Tərtər sakini Ağdərədə minaya düşüb
30 May 2025 20:08
Atasını bıçaqlayan şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi
05 May 2025 11:05
Minaya düşən şəxs Rusiya vətəndaşlığı aldı
14 May 2025 19:27
Atasının ölümündə günahlandırılan şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi
18 Fevral 2025 08:46
Masallıda həmyerlisini öldürən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi
18 Mart 2025 09:44

