Icma.az
close
up
RU
Mineral gübrələrin səyyar satış xidməti başlayıb

Mineral gübrələrin səyyar satış xidməti başlayıb

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Yeni əkin mövsümü ilə əlaqədar olaraq “Aqroservis” ASC bütün anbarlarını tələb olunan lazımi mineral gübrələrlə tam təchiz edib.

Bununla yanaşı, Səhmdar Cəmiyyət fermerlərin mineral gübrələrə olan tələbatını sərfəli qiymətlərlə, həm rayon bölmələri, həm də səyyar xidmət təşkil etməklə təmin etməyi planlaşdırır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Cebheinfo.az”-a bildirilib ki, fevraldan etibarən “Aqroservis” ASC tərəfindən müvafiq qaydalara uyğun şəraitdə saxlanılan, keyfiyyətli , mövsümə uyğun azotlu mineral gübrələrin rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd və qəsəblərdə səyyar satış xidmətinə başlayıb. 

Səyyar satış xidmətləri mövsüm bitənədək hər gün, ölkənin bütün istiqamətlərində fərqli məntəqələr üzrə əsasən fermerlərin tələbatına uyğun kənd və qəsəbələrdə təşkil edilir. 

Respublikamızın bütün regionlarını əhatə edən səyyar satış xidməti zamanı ammonium-nitrat, karbamid, ammonium-sulfat, kalium-sulfat həmçinin tələbat olduğu təqdirdə ammofos kimi mineral gübrələrin satışı həyata keçirilir.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd, gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. 

Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.

Fermerlər əkin mövsümündə mineral gübrələrin alışında sərf edəcəkləri məsrəfə qənaət etmək üçün səyyar satış xidmətlərini Səhmdar Cəmiyyətin 1659 Satış Mərkəzinə müraciət edərək sifariş edə bilərlər. Mürəciətlərə əsasən səyyar xidmətlər kənd və qəsəbələrdə təşkil edilir.

Səyyar satış zamanı fermerlər “Fermer kartı”nı və şəxsiyyət vəsiqəsini təqdim etməklə və ya nəğd ödəniş etməklə mineral gübrə əldə edə bilərlər. İstər “Fermer kartı”, istərsə də nağd ödəniş edildikdə gübrələrin qiyməti dəyişmir. 

Bu qayda həmçinin, anbardan və ya səyyar satış məntəqəsindən alış zamanı da keçərlidir. Alış üsulu və ünvanından asılı olmayaraq “Aqroservis” ASC tərəfindən satılan mineral gübrələrin qiymətləri dəyişilməz olaraq qalır.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1659 satış mərkəzinə müraciət edə bilərlər.

Nigar
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Mart 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri