Mingəçevir Dövlət Univeristetində Məktəbəqədər təhsil ixtisasının Özünütəhlil Komissiyasının iclası keçirilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 27 yanvar, AZƏRTAC
Mingəçevir Dövlət Univeristetində (MDU) ali təhsil müəssisələrinin akkreditasiya prosesinə hazırlıq çərçivəsində Məktəbəqədər təhsil ixtisası üzrə Özünütəhlil Komissiyasının növbəti iclası keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, iclasın əsas məqsədi müvafiq təhsil proqramı üzrə mövcud vəziyyəti və təhsil proqramının keyfiyyətini təhlil etmək, komissiyanın üzvləri arasında iş bölgüsünü, güclü və zəif tərəfləri müəyyənləşdirmək və akkreditasiya üçün tələb olunan sənədlərin hazırlanma prosesini müzakirə etmək olub.
Komissiyanın üzvləri ixtisas üzrə tədris planlarının beynəlxalq standartlara uyğunlaşdırılması, pedaqoji heyətin ixtisas səviyyəsinin artırılması və təcrübə proqramlarının təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, tələbələrin nəzəri və praktik hazırlığını daha da gücləndirmək üçün yeni metodik yanaşmaların tətbiqi və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması məsələləri müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 27 Yanvar 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















