Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universitetində “Birbank Fintech” Laboratoriyası açılıb

Mingəçevir Dövlət Universitetində “Birbank Fintech” Laboratoriyası açılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU) ilə “Kapital Bank” arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum çərçivəsində sentyabrın 9-da universitetdə “Birbank Fintech” Laboratoriyasının açılışı keçirilib.

Tədbirdə MDU-nun rektoru Anar Eminov və “Kapital Bank”ın Mingəçevir filialının müdiri Səbuhi Muxtarov iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində yeni laboratoriya ilə tanışlıq olub və tələbələrin maliyyə sahəsində biliklərinin artırılması üçün yaradılan imkanlar yüksək qiymətləndirilib. Əməkdaşlıq çərçivəsində “Kapital Bank” tərəfindən universitetə 20 ədəd noutbuk təqdim olunub.

MDU-nun rektoru Anar Eminov bildirib ki, universitetin əsas prioritetlərindən biri tələbələrin gələcək karyeraları üçün praktik bilik və bacarıqlara yiyələnmələridir. O qeyd edib ki, “Kapital Bank”la qurulan əməkdaşlıq məhz bu məqsədə xidmət edir və tələbələrin əmək bazarında daha rəqabətli olmasına imkan yaradacaq. Rektor, “Birbank Fintech” Laboratoriyasının yaradılmasına, universitetə təqdim olunan texniki dəstəyə və tələbələr üçün təcrübə imkanlarının təmin edilməsinə görə bank nümayəndələrinə təşəkkür edib.

“Kapital Bank”ın Mingəçevir filialının müdiri Səbuhi Muxtarov çıxışında vurğulayıb ki, təhsilə dəstək və gənclərdə innovativ bacarıqların formalaşdırılması bankın Korporativ Sosial Məsuliyyət siyasətinin mühüm istiqamətlərdən biridir. O qeyd edib ki, “Birbank Fintech” Laboratoriyası MDU tələbələrinin rəqəmsal bankçılıq və maliyyə texnologiyaları sahəsində praktiki biliklər əldə etməsinə xidmət edəcək. Bu əməkdaşlıq region üçün də yeni imkanlar yaradacaq və gənclərin peşəkar inkişafına töhfə verəcək.

Memorandum çərçivəsində MDU-nun tələbələrinin istehsalat təcrübəsini “Kapital Bank”da keçməsi nəzərdə tutulur. Bu addım tələbələrə həm nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirmək, həm də bank sektorunun real iş mühitini yaxından öyrənmək imkanı yaradacaq.

Qeyd edək ki, yeni açılan “Birbank Fintech” Laboratoriyası tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsinə, innovativ yanaşma və müasir maliyyə texnologiyalarına daha yaxından yiyələnməsinə imkan verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri