Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universitetində müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığına start verilib

Mingəçevir Dövlət Universitetində müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığına start verilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 sentyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) müəllimlərin xarici dil biliklərinin inkişafı və tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır.

AZƏRTAC xəbər verir ki, bu gün universitetin Xarici dillər kafedrasının 5 müəllimi “TKT (Teaching Knowledge Test) Module 12 imtahanında iştirak edib. İmtahan “Cambridge University Press & Assessment” təşkilatının beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramıdır və müəllimlərin peşəkar inkişafına mühüm töhfə verir.

Xatırladaq ki, 2025-ci ilin may ayında MDU ilə “Cambridge University Press & Assessment”in Azərbaycandakı rəsmi nümayəndəsi olan ITAC (International Training and Assessment Center) arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində universitetdə tədris proqramlarının Kembric standartlarına uyğunlaşdırılması, müəllim və tələbələrin TKT və digər beynəlxalq imtahanlarda iştirakı nəzərdə tutulur.

Bununla yanaşı, “İngilis dilinin qiymətləndirilməsi və tədrisi” layihəsi çərçivəsində universitetin 40 əməkdaşı üçün ödənişsiz peşəkar ingilis dili kursu təşkil ediləcək. Təlimlər “British Council”, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və MDU əməkdaşlığı ilə həyata keçiriləcək. Oktyabrın 6-dan başlayacaq proqram hibrid formada (onlayn və üzbəüz seminarlarla) keçiriləcək və iştirakçıların səviyyəsi layihədən qabaqcadan “British Council Aptis” diaqnostik imtahanı ilə müəyyənləşdiriləcək.

Təlim proqramı çərçivəsində B2 səviyyəsindən aşağı olan müəllimlər üçün 160 akademik saatlıq ümumi ingilis dili kursu, B2 və daha yüksək səviyyədə olan müəllimlər üçün 80 saat ümumi ingilis dili və 80 saat metodika təlimi, fənn müəllimləri üçün isə 140 akademik saat ümumi ingilis dili və metodika təlimi təşkil ediləcək.

Bu təşəbbüslər MDU-da pedaqoji heyətin peşəkarlığının artırılmasına, beynəlxalq sertifikasiyaya çıxış imkanlarının genişləndirilməsinə və tədrisin keyfiyyətinin qlobal standartlara uyğunlaşdırılmasına xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Sentyabr 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri