Mingəçevirdə gənc tələbənin qəfil ölümü: Universitetdə nə deyirlər?
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Tələbənin səhhətində heç bir problem olmayıb".
Bunu “Yeni Sabah”a Mingəçevir Dövlət Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Firuzə Cəlilova bildirib.
Universitetin 2006-cı il təvəllüdlü tələbəsi Məhəmməd (Muhamməd) Abdullah oğlu Həsən futbol oynadığı zaman qəfildən halı pisləşib, sonra dünyasını dəyişib.
Firuzə Cəlilovanın sözlərinə görə, tələbənin səhhətində əvvəllər heç bir problem müşahidə olmayıb:
“Məhəmməd Həsən hadisə baş verən gün dərsdə iştirak etməyib. Gəncin valideynləri dünən, mayın 4-də Mingəçevirə gəlib və mərhumun nəşini təhvil alıblar”.
Xatırladaq ki, 20 yaşlı tələbənin ölümü Mingəçevirdəki “Ağ Saray” hotelinin ərazisində baş verib. O, təcili tibbi yardımın gəlişinə qədər keçinib.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 05 May 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















