Icma.az
close
up
RU
Mingəçevirdə güləşçilər üçün seminar

Mingəçevirdə güləşçilər üçün seminar

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Güləş məşqçilərinin Ümumrespublika seminarı davam edir. Sport24.az xəbər verir ki, seminarın növbəti mərhələsi bu gün Mingəçevir şəhərində keçirilib.

Tədbirdə adı çəkilən şəhərdə, o cümlədən Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında fəaliyyət göstərən güləş üzrə məşqçi-müəllimlər iştirak edib.

Seminarın nəzəri hissəsi Mingəçevir Gənclər Evində keçirilib. Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli çıxış edərək bu layihəyə görə Azərbaycan Güləş Federasiyasına (AGF) təşəkkür edib və belə seminarların ənənəvi olmasını arzulayıb. AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev federasiyanın bölgələrdə güləşin inkişafı üçün atdığı addımlardan danışıb. Daha sonra qadın güləşi üzrə yeniyetmə və gənclərdən ibarət millinin məşqçisi Həsrət Məmmədyarov və yunan-Roma güləşi üzrə U-17 millinin məşqçisi Elbrus Məmmədov region məşqçilərinə öz tövsiyələrini çatdırıblar. Onlar yeniyetmə idmançılara həddən çox çəki saldırmağın fəsadlarını xüsusilə qeyd etməklə yanaşı, bu prosesin milli komandaların məşqçilərinin işinə də əngəl törətdiyini vurğulayıblar. I-S kateqoriyalı referi Sədi Quliyev müxtəlif yarışlardan hazırlanmış videoları nümayiş etdirərək hakimlər tərəfindən verilmiş qərarları şərh edib.

Seminarın praktiki hissəsi isə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilib. Əvvəlcə H.Məmmədyarov sərbəst, daha sonra isə E.Məmmədov yunan-Roma güləşi üzrə nümunəvi məşq keçib.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi sabah Qəbələ şəhərində keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sport24.az
archiveBu xəbər 20 Noyabr 2024 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri