Mingəçevirdə mağazalarda aşkarlanan saxta alkoqollu içkilərin satışı qadağan edilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir şəhərinin Puşkin küçəsi, ev 20 ünvanında alkoqollu içkilərin satışı mağazasında və Xocalı küçəsi, ev 6 ünvanında qida məshullarının satışı mağazasında saxta alkoqollu içkilər müəyyən edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hər iki mağazada içkilərin etiketində istehsalçı adı, ünvanı, VÖEN və s. barədə məlumatların qeyd edilmədiyi, müvafiq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.
Mağazalarda aşkarlanan “Настояшая”, “Forest Line Organic”, “Kapitan”, “Organic Marka”, “Native Nectar”, “Qərbi Azərbaycan”, “Brend Line” əmtəə nişanlı saxta alkoqollu içkilərin satışının qadağan olunması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Materialların hüquq-mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 17 Fevral 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















