“Mingəçevir”in baş məşqçisi qələbəni şərh etdi
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Oyuna çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, bu rəqibi məğlub edə bilərik. Çox şadam ki, buna nail olduq və 'Mingəçevir' azarkeşlərini sevindirdik”.
Bu sözləri Birinci Liqanın səkkizinci turunda “Baku Sportinq”i 1:0 hesabı ilə məğlub edən “Mingəçevir”in çalışdırıcısı Samir Məmmədov qələbəni şərh edərkən deyib.
Maliyyə sıxıntıları yaşayan “işıqçılar”ın məşqçisi qazanılan vacib qələbənin əhəmiyyətindən və qarşıdakı hədəflərdən söz açıb:
“Bizim üçün ürəkaçan nəticə oldu. Belə bir vaxtda qələbə çox önəmli idi. Növbəti oyunlarımıza da səylə hazırlaşıb azarkeşlərimizi sevindirmək istəyirik”, - deyə o fanat.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, hazırda hesabında yeddi xal olan “Mingəçevir” Birinci Liqanın turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 20 Noyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















