Icma.az
close
up
RU
Minifutbolumuz Dünya birincisi oldu!

Minifutbolumuz Dünya birincisi oldu!

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlk dəfə ölkəmizdə keçirilən minifutbol üzrə Dünya çempionatı Azərbaycan komandasının tarixi qələbəsi ilə başa çatdı. 2022-ci ildə Avropa çempionluğunu qazanan millimiz futbolun bu növündə bütün dünyada ən güclü olduğunu sübut etdi.

Minifutbol haqqında bildirək ki, o, futbolun kiçik versiyasıdır və süni örtüklü meydanda oynanılır. Bu növdə dünya çempionatı rəsmən “WMF World Cup” adlanır və 2015-ci ildən başlayaraq iki ildən bir keçirilir. Matçlar altı-altıya və 50 dəqiqə ərzində oynanılır. Böyük futbolda son dünya çempionu Argentinanın minifutbolda hər dəfə qrupda qalması, top sehrbazlarının vətəni Braziliyanın son iki mundiala qatılmaması, İtaliya komandasının, ümumiyyətlə, heç vaxt iştirak etməməsi kimi məqamlar da diqqət çəkir.

Bakıda keçirilən dünya çempionatı sayca beşinci idi və mayın 21-dən iyunun 1-dək davam etdi. Mundiala Milli Gimnastika Arenasının ev sahibliyi etdiyini də vurğulayaq. 32 komandanın mübarizəsində qalib gələn Azərbaycan millisinin ardınca Macarıstan 2-ci, Serbiya 3-cü, Monteneqro isə 4-cü oldular.

Komandamızın turnirdə keçdiyi yola nəzər salaq. Futbolçularımız yarışa debütant Bəhreynlə heç-heçə (1:1) ilə başlayıb azarkeşləri həyəcanlandırsalar da, sonra qələbələr ard-arda gəlməyə başladı. Qrup mərhələsində Sloveniya (4:0) və Mavritaniya (2:0), 1/8 finalda son dünya çempionu Rumıniya (1:1, pen. 2:1), sonra İngiltərə (2:1), yarımfinalda Monteneqro (2:1), nəhayət, finalda ötən mundialda 3-cü yer uğrunda görüşdə uduzduğumuz Macarıstan məğlub edildi (4:2).

Mundialın ən yaxşı oyunçusu da çempionlar arasından seçildi - Azərbaycan komandasının üzvü Ramiz Çovdarov bu şərəfə layiq görüldü. O və Təmkin Xəlilzadə hərəyə 3 qolla millimizin ən məhsuldar oyunçuları oldular. Ümumiyyətlə, mundial ərzində 9 futbolçumuzun qol vurması, hətta qapıçı Ağaseyid Qasımovun fərqlənməsi də diqqəti çəkir.

Azərbaycan idmançılarının beynəlxalq yarışlarda çıxışı ölkə rəhbərliyinin də diqqət mərkəzindədir. İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da sosial şəbəkə hesablarında minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionu olması münasibətilə paylaşım edib: “Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov qazanılan uğurda Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolu olduğunu qeyd edib: “Prezident İlham Əliyevin dəstəyini də unutmamalıyıq. Onun bizə dəstəyi, xeyir-duası sayəsində qələbə qazana bildik. Bunun üçün ölkə başçısına dərin təşəkkürümüzü bildiririk. Daim dövlətin dəstəyini hiss edirik. Bundan sonra da gənc nəslin minifutbola cəlb olunması üçün əlimizdən gələni edəcəyik”.

ABŞ-ın Azərbaycandakı səfirliyi də minifutbol yığmamızı dünya çempionluğu münasibəti ilə təbrik edib. Səfirliyin bununla bağlı sosial şəbəkə hesabındakı paylaşımda deyilir: “Azərbaycanın minifutbol milli komandasını tarixdə ilk dəfə minifutbol üzrə dünya çempionatının qalibi olması münasibətilə təbrik edirik! Növbəti turnirdə ABŞ komandasına uğurlar arzulayırıq!”

Hətta əfsanəvi Lionel Messi də xalqımıza öz təbriklərini göndərib. Argentinalı futbolçu videomüraciətində bildirib: “Minifutbol üzrə dünya çempionu olmağınız münasibətilə sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Sizi bir daha təbrik edirəm, qucaqlayıram və bu anın dadını çıxarmağı arzulayıram”.

“Möhtəşəm çempionat izlədik” - bunu da Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik deyib. O, Bakıda keçirilən dünya çempionatı haqqında fikirlərini belə ifadə edib: “Azərbaycan möhtəşəm oyunlardan sonra qalib gəldi. Ev sahibi komanda mərhələləri adlayanda həmişə xoş olur. Təşkilatçılıq yüksək səviyyədə idi. Tədbirdən çox məmnun qaldıq”.

Çempionluğun, necə deyərlər, öz uşaqlarımızla, legionersiz qazanılması bu uğuru xüsusilə əlamətdar edir. Gəlin, dünya çempionlarının adlarını bir-bir xatırlayaq: qapıçılar Vəli Qafarov və Ağaseyid Qasımov, həmçinin meydan oyunçuları Kamran Abdullazadə, Mirkamil Əliyev, Elvin Əlizadə (kapitan), Taleh Babayev, Xətai Bağırov, Ramiz Çovdarov, Samir Həmzəyev, Məhəmməd Xəlilov, Təmkin Xəlilzadə, Vüsal İsayev, Rəvan Kərimov, Kamran Qürbətov, Mirmehdi Rzayev, Eşqin Tağıyev və Müseyib Vəliyev. Baş məşqçi Elşad Quliyev, məşqçilər Sərxan Məstiyev və Ramin Həsənzadə.

“Bütün xalqımızı təbrik edirik. Çox gözəl qələbə oldu” - bu da qələbənin əsas memarlarından olan Elşad Quliyevin sözlərdir. Baş məşqçi final oyunundan dərhal sonra fikirlərini belə ifadə etdi: "Rəhbərliyimizi, əməyi keçən hər kəsi təbrik edirik. Çox möhtəşəm qələbədir. Bu hissləri yaşamaq lazımdır. Biz bütün oyunlara templə başlayırıq. Bəzən son zərbəmiz alınırdı, bəzən alınmırdı. Bu dəfə hər şey yaxşı oldu və 4 qolla qalib gəldik”.

Rasim MÖVSÜMOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:465
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri